“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti
Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib:
Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə – onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir).
Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”.
24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan).
47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif;
Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif (cəmi 350-dən çox təklif).
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib: Daha ətraflı »


Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Jurnalistlərin suallarına cavab olaraq Prezident deyib ki, ikinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.
Zöhrab Məmmədov 1941-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Gəncə Dövlət Aqrar Universitetini) bitirmişdir. İlk əmək fəaliyyətinə rayonumuzun “Oktyabr” kolxozunda baş iqtisadçı kimi başlamış, ictimai əsaslarla kolxoz sədrinin müavini işləmiş, sonra rayon komsomol komitəsi-nin I katibi, Azərbaycan KP MK-da təlimatçı, müxtəlif vaxtlarda Qubadlı, Abşeron rayonlarının I katibi vəzifəsində çalışmışdır. Onun əmək fəaliyyətinin ən qaynar dövrü Ulu Öndərin hakimiyyəti dövründə olmuşdur.
Tarix şəxsiyyətlər yetirir. Şəxsiyyətlər isə tarixi yaradır. Bəşər tarixinə nəzər salsaq onun dahi şəxsiyyətlərin çiynində dayandığını görərik.
Tərtər rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin və AVMVİB-nin Tərtər regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub.
Ötən ilin son günlərində rayonumuzdan olan şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan daha 5 nəfərə dövlətimiz tərəfindən tikilmiş fərdi evlər təqdim olundu. Şəhid ailələri– Seydimli kəndindən olan Şirin İsmayılova, Əskiparadan Niyaz Qasımova, Hacıqərvənddən Rəcəb Muradov və Birinci Qarabağ müharibəsinin ikinci qrup əlilləri –Tərtər şəhər sakini Cəmil Səfərov, Qaradağlı kənd sakini Abil Quliyev 2023-cü ili yeni evlərində qarşıladılar.

31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü nəinki ölkəmizdə, dünyada geniş şəkildə qeyd olunur. Bu, xalqımızın ən sevimli bayramlarından biridir. Ümummilli Lider Heydər Əliyev bu barədə deyib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”
Yeni ismarıclar