31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birlikdə “31 mart Azərbaycanlıların soyqırımı dünyaya Ümummilli Lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin, soyqırıma məruz qalmış Azərbaycanlıların və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox Azərbaycanlını qətlə yetirmişlər. Törədilən soyqırımda “Daşnaksutyun” partiyası xüsusi can-fəşanlıqla iştirak etmiş, çoxlu sayda tarixi, dini və mədəni abidələr də yerlə yeksan edilmişdir.
1918-ci ilin mart ayında Şamaxı və Qubada xüsusi amansızlıq və qəddarlıqla soyqırımlar törədilmiş, insanlar kütləvi halda qətlə yetirilmişlər. Qubada kütləvi məzarlıqda aşkarlanan insan skeletləri insanların işgəncələrlə öldürüldüyünü əyani şəkildə sübut edir. Daha ətraflı »


Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında qarşılayıblar.







31 mart 1918-ci il tarixdə Bakı şəhərində Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədilmişdi.
Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edib.
Yeni ismarıclar