23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti
1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Daha ətraflı »


Prezident İlham Əliyev cari ilin 22 may tarixində Litvada rəsmi səfərdə olub. Səfər zamanı dövlətimizin başçısı mətbuata bəyanat verib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olaraq şərqdə ilk demokratik dövlət qurluşunu yaradıb, azərbaycan xalqı öz müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi olaraq meydana çıxmışdır.
Narkomaniyanın digər adı “ağ ölüm”dür. Ağ rəng adətən xəyalımızda xoşbəxt günləri, hadisələri canlandırır. Bu bəlanın da əsl üzü elə budur: Əvvəlcə insanda xoş duyğular yaradır, sonra bir-birinin ardınca ölümə aparan qara günlər başlayır…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu Sərəncama əsasən il ərzində ölkədə və xaricdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərin biri cənab Prezident İlham Əliyevin iştirakı ilə 10 mayda Azərbaycanın incisi sayılan Şuşada keçirilmişdir. Burada Ölkə Başçısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət etdi.
Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün əsasını Azərbaycançılıq məfkurəsi təşkil edir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.
Suqovuşan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” reqatasının birinci gününə yekun vurulub.
İnsan yarandığı gündən işığa doğru can atır. Əgər bir anlıq tarix səhifəsində yaddaşımıza iz salan səxsiyyətləri göz önünə gətirsək, demək olar ki, ilk baxışda əzəmətli, dürüst, məğrur görkəmi, işıqlı siması ilə canlanan Heydər Əliyevi görəcəyik. Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, islam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu Öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
Yeni ismarıclar