Prezident İlham Əliyev cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanat verib. Dövlət başçısı bildirib ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.
Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.
Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Daha ətraflı »


15 İyun tarixini xalqımız Milli Qurtuluş Günü kimi qeyd edir. Həmin gün Ümummilli Lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıdaraq, ölkəni xaos və anarxiyadan xilas etdi. Bu barədə Ulu Öndər deyib: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla həm də, ilk strateji dövlət sənədidir.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Uşaqların Beynəlxalq Müda-fiəsi Günündə Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində də olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
Bayram münasibəti ilə “YAŞAT” Fondu tərəfindən icra olunan “Hədiyyə karvanı” layihəsi çərçivəsində Tərtər rayonunda yaşayan, yaşı 14-dək olan 37 nəfər Vətən müharibəsi şəhidlərinin övladlarına hədiyyələr verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında selleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı keçirilib.
Yeni ismarıclar