


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda tədbir keçirilib. Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər. Əvvəlcə onlar Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər. Daha ətraflı »


Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2023-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub.












Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniy-yət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatlarının kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İdarəmiz Qarabağ massivində 96.217 hektar əkin sahələrini suvarma suyu ilə təmin etməlidir. Lakin məlum Qarabağ hadisələrindən sonra Sərsəng və Suqovuşan su anbarlarının və magistral sağ və sol kanallarının erməni işğalı altına düşməsi nəticəsində Tərtər, Yevlax, Bərdə və Goranboy rayonlarının yalnız 40 min hektar əkin sahəsini Tərtər çayından qidalanan 3 torpaq kanalı (Təley, Xoruzlu və Xanarx) suvarılmasını həyata keçirə bilirdik.
Istedad özünü insanın hələ kiçik yaşlarından hiss elətdirir. Kimisi musiqiyə, kimisi rəsm çəkməyə, kimisi də elmin müxtəlif sahələrinə meyilli olur. Minayə Həsənlidə də belə olub. O, hələ 5 yaşı olmayanda əlinə keçən ağ kağız üzərində quş, gül, ev və başqa təbiət şəkillərini öz uşaq təxəyyülü ilə çəkərdi. Ata-anasına çəkdiyi şəkilləri göstərib müsbət rəy eşidəndə sevinərdi. Sevincinin həddi-hüdudu olmazdı. O, indi biraz boy atıb, böyüyüb. Hazırda şəhid Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbinin səkkizinci sinfində oxuyur, dərs əlaçısıdır. Gündəlik məşğuliyyəti isə diqqətini çəkən şəkillər üzərində işləməkdir. Minayə həm də rayonumuzdakı Uşaq Gənclər İnkişaf Mərkəzinin fəal üzvlərindəndir. Ya-xınlarda eşitdim ki, o, bir neçə dəfə rəsm müsabiqələrinin qalibi olub. Bu münasibətlə anası Pərvanə xanımla əlaqə saxladım və qızının redaksiyaya gəlməsini xahiş etdim.
Bismilləhir Rahmənir Rahim!
Prezident İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxsahəli və geniş olub. O, Azərbaycan ziyalılarının, incəsənət xadimlərinin yaradıcılığını daim yüksək qiymətləndirir, bu sahənin inkişafı ilə bağlı tövsiyələrini verirdi.
Yeni ismarıclar