MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ VƏ HEYDƏR ƏLİYEV
Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan mövzulardan biridir. Multikulturalizm ( ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər”deməkdir) sosial-mədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir. Multikulturalizm–ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti nəticəsində ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalq istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli-mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir. Daha ətraflı »


Sovet dönəmində “Qızıl Bayraq” adlandırılan bu qəzetdə ilk məqaləm 1983-cü ildə dərc olunmuşdu. Məktəbdəki bir tədbirdən bəhs etmişdim. Açığı, ağlıma gəlməzdi ki, dərc olunsun. Amma iki gün sonra yazımı səhifədə görəndə sevincim bir dünya oldu. Bu, mənə böyük həvəs, hədsiz stimul verdi. Az sonra daha bir məqalə yazdım və… Bir də gördüm ki, həftədə 3 dəfə dərc olunan qəzetdə hər həftə azı bir məqaləm işıq üzü görür.
Payızın gəlişi ilə infeksion xəstəliklərin də “mövsümi” başlayır. Tibb mütəxəssislərinin fikrincə, adətən fəsil keçidləri zamanı insan orqanizmində müəyyən dəyişikliklər yaşanır. Xüsusilə yaz-payız aylarında xroniki xəstəliklərin özünü qabarıq büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Bu sırada soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji halları qeyd etmək olar. Mütəxəssislərin sözlərinə görə, payız mövsümündə orqanizmdə xəstəliklərin yaranmasına səbəb olan bir neçə faktor var: havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü və sürəti, elektromaqnit sahəsi və sair.
Hər bir xalqın tarixi keçmişi bəlli bir təsir gücündə onun gələcəyini müəyyənləşdirən amillərdən biridir. Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik, bərabərlik və ədalət uğrunda mübarizələrdən ibarətdir. Əsrlər boyu davam etmiş, zaman-zaman qazanılmış, itirilmiş və yenidən qazanılmış bu azadlıqlar xalqın mübarizlik ruhunu həmişə qidalandırıb. XIX əsrin əvvəllərində xanlıqların Rusiya tərəfindən istilası başa çatdığı zamandan xalqın cəsarətli ziyalıları tarixi dövlətçiliyimizi bərpa etmək üçün daim azadlıq mücadiləsi aparıblar. Bir əsrdən çox davam edən bu mübarizə I Dünya müharibəsindən sonra baş verən qlobal transformasiyalar şəraitində xalqımızı ilk böyük qələbəyə çatdırıb.
Qəhrəman tərtərlilər adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli, mehriban, sevimli Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edirik! Həmişə bizlərdən ötrü ümid yeri olasınız! Azərbaycan xalqı öz Mehribanını çox sevir! Sizə humanist fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq!
Bildiyimiz kimi hər 2 rayon – Cəbrayıl və Füzuli eyni tarixdə – 1993-cü il avqustun 23-də işğal olunmuşdu. Ərazisi 1050 kv. km, əhalisi isə 60 minə yaxın olan Cəbrayıl işğal olunanda rayona 14 milyon dollardan çox ziyan dəymişdi. Erməni işğalçıları ilə olan döyüşlərdə 180 nəfər həlak olmuşdu. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişmişdi, 90 nəfərə yaxın isə əsir və itkin düşmüşdü.
Tərtər rayonunun Təzəkənd kəndində dünyaya göz açmışam, ancaq dədə-baba yurdum Qərbi Azərbaycandır. Təzəkənd 1953-cü ildə Basarkeçər rayonunun Bala Məzrə kəndindən deportasiya edilmiş insanlar tərəfindən salınıb.
Yeni ismarıclar