TƏRTƏRLİLƏR NOVRUZ BAYRAMINI SEVİNCLƏ QEYD EDİBLƏR


Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz Tərtər rayonunda böyük sevinc və coşqu ilə qeyd olunub.
Mərkəzi Meydan bəzədilib, meydanda Novruzun simvolu olan səməni qurulub.
Təşkil olunan bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.


Sonra rayon rəhbəri Dədə Qorqudla bayram tonqalını alovlandırıb.
Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib.
Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qız şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər. Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Qadın İcma Resur Mərkəzinin üzvlərinin hazırladığı əl işlərindən ibarət satış-sərgi nümayiş olunub. Bayram şənliyi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri bayram münasibətilə təbrik edərək, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan milli bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir.
Artıq 4 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə–Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq.
Şəhidlərin, qazilərin, müharibə veteranlarının–Azərbaycanımızın döyüşən igid oğul və qızla-rının sayəsində uzun illərdən sonra soydaşlarımız doğulub-böyüdükləri torpaqları ziyarət edə bildilər. Doğma Qarabağımıza–Şuşaya, Xankəndinə, Xocalıya, Ağdama, Cəbrayıla, Qubadlıya, Ağdərəyə və digər işğaldan azad olunmuş torpaqlara gedə bildilər. İşğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə, nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu. Daha ətraflı »



Milli Məclisin deputatı Sahib Alıyev Novruz bayramında Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Cavid Hüseynovun, Emin Abbaszadənin, Elnur İbrahimovun, Ruslan Lalayevin və Rəşad Vəlizadənin ailələrini ziyarət ediblər.
Bu günlərdə özünün 90 yaşını qeyd edəcək Tərtər rayon qəzeti bütün çoxillik tarixi dövründə həmişə məktəblilər tərəfindən çox sevilib. Onlardan hansısa qəzetdə özü haqqında dərc olunan ilk məqaləni oxuyub, kimisi ilk imzasını görüb və bu ilklər həyatlarında böyük rol oynayıb, seçimlərinə uğurlu təsir edib.
Yağdı və pislikləri örtdü. Sadəcə örtmədi, həm də əritdi, yox etdi. Yox, yanılıram. Yox etməsi mümkün deyil, əridib torpağa qarışdırdı. Göylərə yüksələn hisi-tozu, ah-nalələri, yalvarışları , alqışları soyuq və saf dənələri ilə təmizlədi. Saf olanları uca Tanrıya göndərdi, pislikləri torpağa qaytardı. Qaytardı ki, onları torpaqdan başqa heç nə gizlədə bilməz. Eybləri örtən torpaq! Müqəddəs torpaq, canlılara can verən, cansızları ağuşuna alıb yenidən yaşadan torpaq! Əzizlərimizi səndən, məndən daha yaxşı əzizləyən torpaq. Ayaqlarımla sənə toxunanda milyon dəfə üzr istəyirəm. Axı, sən sadəcə qara torpaq deyilsən. Sən körpədən qocayadək bizlərin sığınacaq yerisən. Yaxşı ki, qar yağdı. Yağdı və yağmaqda davam etdi. Hava saflaşdı, təmizləndi. Torpağın istisi azaldıqca qar örtüyü qalınlaşdı. Bakı küləyi həmişə yağan qara qənim kəsilir, onu qovur, ora-bura çırpır, əridir. Ancaq bu gün hava sakit, küləksizdir. Pəncərələr qarın, buzun yaratdığı əsərlərlə bəzənir, təbiət, o möcüzəli rəssam bənzərsiz gözəlliklər yaradır. Şəhər başdan – başa qar örtüyünə bürünür. Qar örtüyü üzərində möhtəşəm qürurlu bir heykəl görürəm. O sənsən, Ana! Onu yalnız mən görürəm, o yalnız mənə aiddir. Ana! Sən dünyanı dəyişdiyin gündən ikinci dəfədir ki, şəhər beləcə ağ yaylığa bürünür və saf örtük üzərində sənin heykəlin ucalır. Sənə yaxınlaşmaq, qarşında diz çöküb danışmaq istəyirəm. Danışmaq istəyirəm sən gedəli olan günlərimdən, günahlarımdan, dərdlərimdən danışmaq istəyirəm. Danışa bilmirəm, susuram. Sənin saf dünyan məni ovsunlayır. Ana! 
18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Prezident cənab İlham Əliyev təbrikində bildirib: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi”. 
Prezident İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
Prezident İlham Əliyev cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
Ulu Öndər Heydər Əliyev Novruz bayramını çox sevir və xalqımızın bu gözəl milli adət-ənənələrinin yaşadılmasına böyük əhəmiyyət verirdi. O deyirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”
Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
Prezident İlham Əliyev cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanat verib. Dövlət başçısı bildirib ki, Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.
Yeni ismarıclar