ŞƏHƏRİMİZDƏ BİR KÜÇƏ VAR…
Tərtər şəhərinin yaraşıqlı küçələrindən biri şəhid İlqar Həsənovun adını daşıyır. Qısa, lakin mənalı ömür yaşayan bu qəhrəman rayonumuzun Söylən kəndində çoxuşaqlı ailədə doğulub. Onlar 4 oğlan, 3 qız olublar. Valideynləri ailənin ruzisini böyük zəhmətlə qazanıblar. Hər ikisi kolxozun fermasında işləyiblər. Gözlərini açandan ailədə bu cür dolanışığı görən uşaqlar da böyüdükcə ata-analarına kömək ediblər. Ilqarın anası Bağdagül Həsənova söhbət edir ki, bir dəfə fermanın malheyvanını dağa aparmışdıq. Ilqar da bizimlə getmişdi. 10 yaşı yenicə tamam olmuşdu. Fermanın sənədləşmə işləri ilə bağlı ikimiz də geri dönəsi olduq. Güman edirdik ki, axşam qayıdacağıq. Amma bu, mümkün olmadı. Ilqar fermanın sürüsünü də qorudu, özü də heç bir həyəcan keçirmədi. Ona görə ki, körpəlikdən o yerlərə çox yaxşı bələd idi. Dağlarda hər cığırı tanıyırdı. Canavarları sürüdən necə uzaqlaşdırmağı, özünü necə qorumağı bilirdi.
Bağdagül ana danışır ki, sonralar müharibə zamanı onun bu təcrübəsi çox köməyə gəlirdi. Ən çətin məqamlarda İlqarı kəşfiyyata göndərirdilər. O, canından artıq sevdiyi o dağların erməni tapdağında qalmasına dözə bilmirdi. Bütün varlığı ilə torpaqlarımızın işğaldan azad olunmasına çalışırdı. Burada ona təkcə həmin yerləri yaxşı tanıması deyil, həm də peşəkar hərbiçi bilikləri kömək edirdi. Çünki qəhrəman döyüşçü milli orduya gəlməzdən əvvəl Sovet Ordusu sıralarında Polşada xidmət etmişdi, özü də təyyarələrin uçuş meydançasında. Doğulduğu kənddən, bir də yayda qalxdığı yaylaqlardan başqa heç yeri görməyən İlqar üçün burada hər şey yeni idi. Buna baxmayaraq, tezliklə uçuş meydançasında məsuliyyəti və bacarığı ilə seçilən ən nümunəvi əsgərlərdən biri oldu və hətta uzaq Polşadan Söylən kəndinə bu barədə razılıq məktubu da göndərildi… Daha ətraflı »


“Torpaq uğrunda ölən varsa, Vətəndir”–deyimini tez-tez işlədirik. Bu da əbəs deyil. Vətən, torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olur. Nəsildən nəsilə ötürülür.
Filosof Antisfen Sokrata müraciət edərək:
Qardaş, bu Tərtərin elə sürücüləri var ki, onlara “zırrama” deməkdən özümü saxlaya bilmirəm. “Zırrama” sözü də ki, çox ağır sözdür və bu sözə dözmək zor işdir. “Zırrama”, yəni “hır”nan “zır”ı qanmayan, “haho”, “hiş” bilməyən bir zaddır. Məsələn, bir komediyada deyildiyi kimi: “Özünə baxma, bu donuz ki, var, çox qanmaz heyvandır” və yaxud farslar belə ifadə işlədirlər: “Necəsən qanmayım, dədən yansın?!”. Bax, zırrama da bu qəbildəndir. Elə bil anadan olandan üzü bəri nə evdə, nə uşaq bağçasında, nə də məktəbdə tərbiyə verməyiblər. Abır bilmirlər, həya bilmirlər, ayıb bilmirlər, mədəniyyətləri də ki, yekə bir “SIFIR”dır. Adam gərək böyük-kiçik yeri bilə, ağsaqqal-ağbirçək tanıya. Yaxın keçmişinizə nəzər salın, görün onda nə təhər idi? Yol böyüyün olardı, su kiçiyin. Ağsaqqal-ağbirçək gələndə cavanlar ayağa durar, ehtiram göstərərdilər. Onların bir sözü iki olmazdı. Kiminsə ağzı nəydi özündən yaşca böyük adamın sözünün qabağına söz desin!
Tünzalə Mustafayeva şəhərimizin Nizami küçəsindəki gözəllik salonlarından birində işləyir. Artıq on ildən çoxdur ki, bu peşədə çalışır. İlk ustasını, ona sənət öyrədən insanı heç zaman unutmur. Tünzalə xanım deyir:
Rus mütəfəkkir yazıçısı Maksim Qorkinin romantik bir hekayəsi var: “Danko haqqında əfsanə”. Əsərdə göstərilir ki, öz yurdunda sağlam və firavan yaşayan xoşbəxt bir tayfa vardı. Bir gün daha güclü bir tayfa onlara hücum çəkdi, onları günəş işığı belə görməyən zülmət bir yerə qovdu, doğma yurd-yuvalarından didərgin saldı. Torpağından didərgin düşənlər isə xoşbəxt ola bilməzlər. Sarı bülbül haqqında deyimdə olduğu kimi: Sarı bülbülə şah sarayında qızıldan qəfəs düzəltmişdilər. Lakin o oxumur, elə hey göz yaşı tökür, ahu-zar edirdi. Şah bülbülü qəfəsdən buraxdırdı və onu izləməyi əmr etdi. Bülbül uçub gedib boz bir biyabanda qaratikan koluna qondu. “Oxqay, vətənə gəldim, imana gəldim”, – dedi və cəh-cəh vurmağa başladı.
Mərhum xalq şairimiz, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rzanın sözləridir. Gözəl sözlərdir, elə deyilmi? Məncə gözəldən də gözəldir! Bunun sübuta ehtiyacı yoxdur.
Multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Bu termin haqqında müxtəlif ölkələrdə müxtəlf təhlillər mövcuddur. Ümumilikdə multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyətdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşib. Azərbaycanın Asiya və Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynamışdır. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini-mədəni müxtəliflik və dəyərlər nəzərdə tutulur.
İndiki zamanda bir çox televiziya verilişləri kal armuda dönüb tı-xanıb bu xalqın xirtdəyinə–nə uda bilir, nə geri qaytara bilir.
Yeni ismarıclar