Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,268
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Okt
    Digər Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir üçün şərhlər bağlıdır

    Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi.Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik;

    Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.Bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Daha ətraflı »

  • 14Okt
    Digər Azərbaycan–Kamboca münasibətlərində mühüm mərhələ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və görüşdən sonra mətbuata verdiyi bəyanatda qeyd edib ki, Azərbaycan–Kamboca münasibətlərinin inkişafında mühüm siyasi və diplomatik hadisə kimi diqqəti cəlb edir. Bu səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
    Prezident İlham Əliyevin bəyanatı Azərbaycan dövlətinin xarici siyasətində qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa, beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə əsaslanan prinsiplərin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Dövlət başçısı çıxışında Azərbaycan ilə Kamboca arasında siyasi münasibətlərin mövcud vəziyyətini qiymətləndirmiş, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlara diqqət yetirmiş və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan mühüm istiqamətləri açıqlamışdır. Daha ətraflı »

  • 14Okt
    Digər Azərbaycan-Kamboca tərəfdaşlığının yeni mərhələsi üçün şərhlər bağlıdır

    Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) müstəvisində fəal əməkdaşlıq edir, bir-birini ardıcıl olaraq dəstəkləyir. Tərəflər çox yaxşı siyasi əlaqələrin mövcudluğunu vurğulamaqla yanaşı, ikitərəfli təmasları daha da intensivləşdirmək barədə razılığa gəliblər.

    Bu çərçivədə ticarət və sərmayə qoyuluşu sahələrində mövcud potensialın müəyyənləşdirilməsi və genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İqtisadi əməkdaşlığın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə atılan mühüm addımdır. Məsafə və məlumat çatışmazlığı kimi amillərin müasir dünyada ciddi maneə olmadığı, keçirilən biznes forumunun iki ölkənin şirkətləri arasında birbaşa əlaqələrin qurulmasına, iqtisadi və investisiya prioritetlərinin daha yaxından tanınmasına kömək edəcəyi bildirilib.

    Ölkələr arasında ticarət dövriyyəsi hazırda aşağı səviyyədə olsa da, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə böyük canlanmanın olacağı gözlənilir. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya kimi prioritet sahələrdə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Xüsusilə Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması ənənəsinin bərpa edilməsi və qarşılıqlı təhsil imkanlarının yaradılması xalqlar arasında təmasların genişlənməsinə xidmət edəcəkdir. Daha ətraflı »

  • 12Okt
    Digər Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin gələcək inkişafı qarşılıqlı hörmət, etimad və ortaq maraqların qorunması prinsiplərinə əsaslanır üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət görüşündəki çıxışı ölkəmizin Türkmənistanla və bütövlükdə Mərkəzi Asiya regionu ilə əlaqələrinin mühüm istiqamətlərini əhatə edir. Dövlət başçısının çıxışında siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti, xalqlarımız arasında tarixi-mədəni yaxınlıq, azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi və regional əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutub.

    Azərbaycan ilə Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, etimad, mehriban qonşuluq və ortaq tarixi-mədəni dəyərlər əsasında inkişaf edir. Xəzər dənizinin iki sahilində yerləşən bu dövlətləri yalnız coğrafi yaxınlıq deyil, həm də ortaq tarix, dil və mədəniyyət, ənənələr və xalqlarımız arasında mövcud olan mənəvi bağlılıq birləşdirir. Bu amillər ikitərəfli münasibətlərin möhkəm təməlini təşkil etməklə yanaşı, ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün də əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Məşvərət görüşündə səsləndirdiyi fikirlər Azərbaycan–Türkmənistan əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, son illərdə Azərbaycan–Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi dialoqun intensivliyini və əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı marağı nümayiş etdirir. Daha ətraflı »

  • 12Okt
    Digər  Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında tarixi mərhələ üçün şərhlər bağlıdır

    2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişaf perspektivlərini, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyətini və regional əməkdaşlığın genişləndirilməsi istiqamətlərini əks etdirib.
    Dövlət başçısı çıxışında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Azərbaycanın bu məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması isə ortaq maraqların daha geniş müstəvidə uzlaşdırılması, regional təşəbbüslərin əlaqələndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm tarixi hadisədir. Bu iştirak Azərbaycanın yalnız coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi və strateji maraqlar baxımından Mərkəzi Asiya ilə sıx bağlılığını nümayiş etdirir. Ölkəmizin region dövlətləri ilə münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq inkişaf məqsədləri üzərində qurulur.
    Prezident İlham Əliyev çıxışında Azərbaycanla Türkmənistan arasında münasibətlərin dinamik inkişafına xüsusi diqqət yetirib. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun güclənməsi və əlaqələrin müxtəlif istiqamətlərdə genişlənməsi iki ölkənin əməkdaşlığa verdiyi önəmi göstərir. Dövlət başçısı qardaş Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mənəvi dəstəyi də xüsusi qeyd edib. Füzuli şəhərində məscidin inşası təşəbbüsü xalqlarımız arasında dostluğun və mənəvi yaxınlığın rəmzi kimi dəyərləndirilib. Eyni zamanda, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qardaşlıq münasibətlərinin əməli ifadəsidir. Bu təşəbbüslər göstərir ki, dövlətlərimiz arasında əməkdaşlıq siyasi bəyanatlarla məhdudlaşmır, insanların həyatına toxunan konkret layihələrlə də möhkəmlənir.
    Prezident İlham Əliyevin çıxışında iqtisadi-ticari əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması mühüm yer tutub. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir.
    Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması iqtisadi tərəfdaşlığın yeni imkanlarını ortaya qoyur. Bu fondların potensialından daha səmərəli istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının gücləndirilməsi və birgə layihələrin reallaşdırılması mümkündür.
    Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də qarşılıqlı ticarətin artırılması ilə kifayətlənməmək, birlikdə investisiya qoymaq, məhsul istehsal etmək və beynəlxalq bazarlara çıxmaq çağırışıdır. Bu yanaşma əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsini nəzərdə tutur. Belə ki, ölkələr arasında dayanıqlı iqtisadi əlaqələr yalnız mal mübadiləsi ilə deyil, ortaq istehsal zəncirləri, texnologiya mübadiləsi və uzunmüddətli investisiya layihələri ilə daha da möhkəmlənir.

     Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

  • 12Okt
    Digər YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr və yeni fəaliyyət istiqamətləri müzakirə olunub üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi, Azad Qaraqoyunlu və Tərtər Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələr və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərə həsr olunmuş görüşlər keçirilib.

    Görüşlərdə ilk olaraq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, qurultayda səsləndirilən fikirlər və qarşıya qoyulan hədəflər ölkənin inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması Daha ətraflı »

  • 09Okt
    Digər Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir üçün şərhlər bağlıdır

    Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.

    Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür;

    Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu.Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada – Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi; Daha ətraflı »

  • 08Okt
    Digər Azərbaycanın inkişaf strategiyası: milli birlikdən güclü dövlətə doğru üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan hadisələrdən biri kimi ölkənin keçdiyi tarixi yolun, əldə olunan nəticələrin və qarşıdakı dövrün əsas istiqamətlərinin bir arada nəzərdən keçirilməsi ilə seçilir. Bu qurultayın əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasının növbəti qurultayı olması ilə məhdudlaşmır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması onun məzmununa xüsusi siyasi və tarixi çalar verir. Prezident İlham Əliyevin qurultaydakı çıxışı da məhz bu geniş konteksti əhatə edərək YAP-ın yaranmasından bu günə qədər keçdiyi siyasi yolu, əvvəlki qurultaylarda və çıxışlarda müəyyənləşdirilən əsas istiqamətləri, Azərbaycanın əldə etdiyi mühüm nəticələri və qarşıdakı mərhələnin vəzifələrini vahid məntiq daxilində təqdim edir. Daha ətraflı »

  • 07Okt
    Digər Şəhid ailələri və qazi müraciət etdilər, problemlər həll olundu üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Səhlabad kəndində keçirilən səyyar qəbul-görüş zamanı şəhid Mehrac Mahmudovun oğlu Ziya Mahmudov müraciət edərək, kəndin giriş yolunun kənarlarına tökülmüş torpağın hamarlanmasını xahiş edib.
    Müraciət əsasında rayon rəhbərinin tapşırığına əsasən Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi həmin problemi operativ həll edib. Xüsusi texnika vasitəsilə torpaq örtüyü hamarlanıb. Kəndin girişində səliqə-sahman yara-dılıb. İndi həmin yol həm kənd sakinlərinin, həm də gələn qonaqların zövqünü oxşayır.

    * * *

    Qaradağlı kəndində keçiri-lən qəbulda Vətən müharibəsi şəhidi Aslan Hüseynovun atası Malik Hüseynov kənddəki ya-rarsız elektrik dirəyinin yenisi ilə əvəz olunmasını xahiş edib. Müraciət nəzarətə götürülüb və qısa müddətdə Tərtər Elkektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həlli təmin olunub. Artıq küləkli və yağmurlu havada kənd sakinləri narahat deyillər, çünki elektrik dirəyinin yenisi ilə əvəz edilməsi təhlükəli vəziyyəti aradan qaldırıb.

    * * *

    Qaynaq kəndindən olan Birinci Qarabağ müharibəsi əlli Tofiq Quliyevi darvazasının üstündən keçən qaz xəttinin çox aşağıda olması narahat edirdi. Rayon rəhbərinin həmin kənddə keçirdiyi qəbul-görüş zamanı müharibə əlili müraciət edərək, bu problemin aradan qaldırılmasını xahiş edib. Bundan sonra Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər xidmət sahəsinin əməkdaşları tərəfindən həmin qaz xətti hündürlüyə qaldırılıb.
    Yerlərdə keçirilən qəbul-görüşlər zamanı edilən müraciətlərin operativ həlli yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsində mühüm rol oynayır.

    “Yeni Tərtər”

  • 06Okt
    Digər Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir üçün şərhlər bağlıdır

    Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var;

    – İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.

    Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan – İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi;

    Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Daha ətraflı »