Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsi münasibətlə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə “15 oktyabr Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcıdır” mövzusunda YAP rayon təşkilatının inzibati binasında “dəyirmi ma-sa” keçirilib. ”Dəyirmi masa”da rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, YAP rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri və Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzülüb.
“Dəyirmi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş videoçarxa baxıblar.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev 2003-cü il ok-tyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanaraq ölkə rəhbəri seçilib. Bununla da Azərbaycanın müasir inkişaf tarixində yeni, uğurlu bir mərhələ başlanıb.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini, sabitliyini və dövlətçiliyini qorumağı bacardı. Onun müəyyən etdiyi siyasi xətt sonrakı illərdə ölkənin hərtərəfli tərəqqisinə yol açdı.
Xalq bu yolun davam etdirilməsini istəyərək, 2003-cü ildə keçirilən seçkilərdə İlham Əliyevə 76,8 faiz səs verərək onu Prezident seçdi. Gənc dövlət başçısı vəzifəyə başladığı ilk gündən peşəkar idarəçilik bacarığı, qətiyyətli qərarları və milli maraqlara əsaslanan siyasəti ilə xalqın inamını daha da möhkəmləndirdi.
Prezident İlham Əliyev 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü il-lərdə keçirilən seçkilərdə də yenidən inamlı qələbə qazanaraq, xalqın dəstəyini bir daha təsdiqlədi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbə qazanıldı.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunub.
Bu uğurlar son 22 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, möhkəmlənən beynəlxalq nüfuzu və torpaqlarımızın azad olunması ilə nəticələnən Qələbə kimi tarixi nailiyyətlərlə müşayiət olunub.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edib. Rayon təşkilatının sədri öz çıxışında qeyd edib ki, 22 il ərzində Azərbaycanın siyasi, iqtisadi imkanları daha da genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri, Yeni Azərbaycan Partiyasının sıraları möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini–Qarabağ problemini həll edərək torpaqlarımızı düşmən işğalından azad edib.
Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Ra-yonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, şəhər 2 nömrəli məktəbliseyin direktoru Gülarə Əkbərova, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Əskipra kənd İƏD üzrə nümayəndə Elvin Məhərli çıxış edərək, bildiriblər ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir.
Xalqın İlham Əliyevə verdiyi səs–Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyin və Azərbaycanın gələcəyinə olan inamın ifadəsidir.