RƏDD CAVABI, YOXSA UĞURLARIN BAŞLANĞICI?
Hamımızın həyatında təsadüflər çox olub. İllər ötür, biz bu hadisələrə yaşadığımız ömrün zirvəsindən baxır və düşünürük: əgər həmin vaxt bu təsadüf baş verməsəydi, həyatım necə olardı?
Rayon subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyevin həyatında da belə bir hadisə baş verib. O, Azərbaycan Politexnik İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib, üstəlik, hərbi xidmətini Sovet dönəmində adı çox az çəkilən Baykonur şəhərində başa vurub, baş leytenant rütbəsi almışdı.
Hərbidə nümunəvi xidmət etdiyinə görə onu Sov.İKP sıralarına namizədliyə qəbul etmişdilər. O zamankı Politexnik İnstitutunda hərbi kafedra vardı və oğlanlara orduda xidmətlərini başa vurduqdan sonra təyinat verilirdi. Ona görə də 1972-ci ildə institutu bitirən Əli Əliyev iki il sonra təyinatını alıb, böyük bir həvəslə göndərildiyi iş yerinə–Tərtərdə yerləşən 47 nömrəli səyyar-mexanikləşdirilmiş tikinti dəstəsinə gəldi. Rəisin rədd cavabı əvvəlcə onu çaşdırdı. Necə yəni gənc mütəxəssisə iş yoxdur? Axı o, bununla bağlı nə qədər xəyallar qurmuş, hətta mühəndis kimi inşasında iştirak edəcəyi binaları fikrində canlandırmışdı.
İndi bu barədə söhbət edərkən Əli müəllim gülümsəyərək deyir:
–O zaman baş vermiş hadisə məni incitsə də, indi düşünürəm ki, əslində rəisin rədd cavabı mənim müvəffəqiyyətlərimin başlanğıcı oldu. Axı, həyatda heç nə təsadüfən baş vermir. Bu da mənim qismətim, alın yazım imiş.
KOMSOMOLUN YOXLAMASI
Əli Əliyev tikinti idarəsindən birbaşa rayon partiya komitəsinə gəldi. Burada raykomun o zamankı birinci katibi Zülfiqar Abdullayevlə görüşüb vəziyyəti ona danışdı. Gənc mütəxəssis ilk baxışdan katibə yaxşı təsir bağışladı. Qısa söhbətdən sonra isə onun potensial imkanlarına bələd olan Zülfiqar müəllim dedi: Daha ətraflı »
Yeni ismarıclar