11Dek
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Teqlər: Digər
11Dek
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda “Təbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, “Azərbaycanın müstəqillik dövrü”, “Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Teqlər: Digər
11Dek

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır. Orduda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Hərbi hissələrin əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Daha ətraflı »
Teqlər: Digər
11Dek

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər görülüb. Daha ətraflı »
Teqlər: Digər
11Dek

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildənilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin ya-şayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına-yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır. Daha ətraflı »
Teqlər: Digər
11Dek
GÖZƏL İNSAN HAQQINDA XATİRƏLƏRİM
Bu yazıda söhbət professor Əziz Əliyevlə iki görüşümdən gedəcək. Xatirələrimi yazmaqda məqsədim onun nə qədər incəqəlbli, qayğıkeş, sadə olmasını onu tanımayanlara çatdırmaqdır.
1941-ci ilin sonları, Böyük Vətən müharibəsinin ağır və çətin dövrü idi. Cəbhədə böyük itkilər verən qoşunlarımız geri çəkilirdi. Arxa cəbhədə də vəziyyət yaxşı deyildi. Dövlət fövqəladə vəziyyət elan edib, müəyyən işlər aparmaq üçün Azərbaycanın bütün rayonlarına görkəmli partiya və dövlət xadimlərini ezam edirdi. O zaman təzə səhiyyə naziri təyin olunmuş professor Əziz Əliyev də Qarabağın rayonlarında ezamiyyətdə idi.
…1941-ci il dekabr ayının axırlarında Tərtər rayonunun Azadqaraqoyunlu kəndində tibb məntəqəsi qarşısında qara rəngli “M-l” markalı bir maşın dayandı. Maşından ortaboylu, dolubədənli, qara qalifeyi şalvar, qara köynək, uzunboğaz xromsapoq geyinmiş bir nəfər düşdü. Onu dərhal tanıdım. Bu, Əziz Əliyev idi.
Yaxınlaşıb: Daha ətraflı »
Teqlər: Digər
11Dek
Dünya üzərində hər gün kimlərsə ölür. Ölüm hadisələri bir-birindən fərqlənir. Bəzən hansısa xəstəliyə görə, bəzən qəza nəticəsində, bəzən intihar, bəzən də qətl hadisəsi ucbatından ölüm halları baş verir. Bu gün biz sizə dünya üzərində olan ən qəribə ölüm hadisələrindən xəbər verəcəyik. Hansı ki, siz bu ölüm hadisələrini oxuyarkən inanmayacaqsınız, güləcəksiniz və sizin üçün çox maraqlı olacaq. 1. Hans SteiningerAvstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu. Lakin onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın çıxdı.
Hans saqqalını toplamağı unudub, yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşır və o, yıxılaraq burnunu sındırır.
Buna görə də alovlar içində qalaraq dünyasını dəyişir. Daha ətraflı »
Teqlər: Digər
30Noy
Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tarixində dönüş nöqtəsi idi.
İlham ƏLİYEV,
Azərbaycan Pespublikasının Prezidenti
Teqlər: Digər
30Noy
Müstəqil Azərbaycan dövlətinin bütün uğurlarında Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri var. Azərbaycanı xaos və anarxiya-dan xisal edərək davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bu partiyanın 25 illik yubileyi ölkəmizin hər bir güşəsində olduğu kimi, Tərtər rayonunda da bu günlərdə təntənəli şəkildə qeyd olundu.
Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində–Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin olduğu bir zamanda yaranmış və vətənimizin gələcək taleyini müəyyən etmişdir.
Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və şərəfli missiyanı üzərinə götürən və ötən 25 il ərzində onun öhdəsindən layiqincə gələn YAP-ın yaranması tarixi qanunauyğunluq, zamanı doğurduğu obyektiv zərurət idi. Daha ətraflı »
Teqlər: Digər
30Noy
25 il əvvəl ölkəmiz ikinci dəfə müstəqillik əldə etsə də, bu müstəqillik çox kövrək idi. Ölkəyə rəhbərlik edən insanlar bu vəzifənin öhdəsindən gələ bilmədiyindən, Azərbaycanda xaos və anarxiya yaranmışdı. Ölkə vətəndaş müharibəsi astanasındaydı.
Belə bir vəziyyətdə xalqımız ən doğru qərar qəbul edərək, özünün inandığı, güvəndiyi liderinə müraciət etdi. 91-lərin müraciəti tarixə yeni bir missiya–xilaskarlıq missiyası ilə daxil olan partiyanın–Yeni Azərbaycan Partiyasının yaranmasını labüd etdi.
1992-ci ilin 21 noyabrında Naxçıvanda yeni dövrün partiyası təsis edildi. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, dövlətə, milli məsələlərə müxalifətdə dayanmadı. Qısa müddətdə, bütün təzyiqlərə baxmayaraq, bu partiya xalqın ümid yerinə çevrildi və onun sıralarına daxil olanların sayı sürətlə artmağa başladı.
1995-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı səslərin əksəriyyətini qazanan partiyamız xalqa xidmət üçün yeni imkanlar əldə etdi. Bununla da xalq–partiya birliyi yarandı.
Bəkir Nağıyev,
mərkəzi rayon xəstəxanasının
həkimi, partiya veteranı
Teqlər: Digər
Yeni ismarıclar