JURNALİSTİKADA QAZANDIĞIM ÇOXSAYLI UĞURLARIMA GÖRƏ “YENİ TƏRTƏR” QƏZETİNƏ BORCLUYAM

Yaxşı xatirimdədir. Hələ tarixə gömülmüş keçmiş SSRİ dövründə doğulub boyabaşa çatdığım keçmiş Mirbəşir, indiki Tərtər rayonunda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu.
Rayon zəhmətkeşlərinə, qabaqcıl əmək kollektivlərinə, mədəniyyət və incəsənət işçilərinə, yaradıcı insanlara, istedadlara geniş yer verildiyindən qəzetin yerli əhali arasında nüfuzu çox böyük idi. Mən də orta məktəbdə təhsil almağıma baxmayaraq, onun hər nömrəsini acgözlüklə oxuyardım. Ən çox bəyəndiyim isə orta məktəb şagirdlərinin oxucu məktubları idi. Hər dəfə məqalələrini maraqla oxuduğum məktəbli həmkarlarıma istər-istəməz həsəd aparırdım. Nəhayət, bir gün əlimə qələm almaq və məqalə yazmaq keçdi könlümdən. Və…
1988-ci ilin payız ayları idi. 12 yaşım var idi. Rayonun digər məktəbliləri kimi biz də pambıq yığımı ilə əlaqədar tətilə buraxılmışdıq. Həmin dövrlərdə daha çox “ağ qızıl” yığan kolxozçular haqqında “Qızıl Bayraq” qəzetində şəkilli məqalələr dərc olunurdu. Mən də doğma kəndimiz Seydimlinin pambıqçıları barədə məqalə yazmaq fikrinə düşdüm. Bir dəftər səhifəsi boyda hazırladığım yazını qəzetin redaksiyasına göndərdim. İki gündən sonra məqaləmin düzəliş edilməklə “Qızıl Bayraq”da dərc olunduğunu görəndə sevincimin həddi-hüdudu yox idi. Göyün yeddinci qatına uçmaq üçün ikicə qanadım çatışmırdı. İlk uğurum məni qələmə sarılmağa, yeni-yeni yazılar yazmağa məcbur etdi. Redaksiyaya ünvanladığım növbəti yazılarımda kəndimizin qabaqcıl əməkçiləri barədə yazmağa və çap olunmağa başladım.

Tətilimizi başa vurub yenidən məktəbə qayıtdıqdan sonra nizam-intizamlı, əlaçı şagirdlər haqqında yazmağı düşündüm. Bu dəfə qərara aldım ki, məqaləmi “Qızıl Bayraq” qəzetinə şəxsən təqdim edim…
Redaksiyanın yerləşdiyi binanın qarşısında dayandım. Tərəddüd içindəydim. İçəri necə daxil olmağımı, yazımı kimə təqdim edəcəyimi bilmirdim. Bir neçə dəqiqəlik sükutdan sonra özümü güclə toplayıb qapıya yaxınlaşdım. Elə bu zaman qapı açıldı və bir xanım bayıra çıxdı. Təxminən 19-20 yaşı olardı. Gözlərinə qara rəngə çalan eynək taxmışdı. Nabələd olduğumu duyub kimi axtardığımı soruşdu. Utana-utana, “Seydimlidən gəlmişəm, yazı gətirmişəm”, – dedim.
– Lap yaxşı, – dedi. Məni başdan-ayağa kimi süzdü.
– Adın nədir?
– Təbriz.
– Hə, tanıdım, sənin yazılarını mən oxuyuram. Utanma, yazını ver görüm.
Sıxıla-sıxıla əlimdəki qatlanmış dəftər vərəqini ona uzatdım. Aldı, açıb bir qədər oxuduqdan sonra vərəqi qatladı.
– Narahat olma, çap elətdirəcəm. Yenə yazarsan. Nə vaxt gəlsən məni soruşarsan. Adım Svetlanadır. Bizdə iki Svetlana var, biri mənəm, familiyam Əzizovadır, adaşımın familiyası isə Bağırovadır.
Təşəkkür edib sağollaşdım və kəndə qayıtdım. İlk görüş məndə elə xoş təəssürat yaratdı ki, bu sətirləri yazarkən də onu sözlə tərənnüm edə bilmirəm. Daha ətraflı »



XX əsrin sonlarına doğru Qarabağ bölgəsində baş verən sosial-siyasi dəyişikliklər fonunda müxtəlif simvolik və ideoloji mahiyyət daşıyan abidələrin inşasına start verilmişdir. Bu cür abidələrdən biri də hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdərə rayonu ərazisində yerləşən və 1978-ci ildə inşa olunmuş “Marağa–150” memorialıdır.
Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəridir. Dönə-dönə vurğulandığı kimi, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb.
Dörd il əvvəl imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası tarixdə ikinci dəfə müstəqilliyini elan etdi. Lakin bu müstəqillik çox kövrək idi. Ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü nəticəsində torpaqlarımız işğal olunurdu. Ölkə əhali-sinin sosial durumu getdikcə ağırlaşırdı. Belə bir vəziyyətdə hamı yaxşı anlayırdı ki, mövcud hakimiyyət xalqı bu bəlalardan qurtarmaq iqtidarında deyil və yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəx-siyyət Heydər Əliyevdir.
Son illər iri şəhərlərlə yanaşı kəndlərimizin də iqtisadiyyatı möhkəmlənir, yeni istehsal müəssisələri yaradılır ki, bu da öz növbəsində işsizliyin aradan qaldırılmasına kömək edir.
Yaşadığımız küçənin elektrik xətti köhnə olduğundan, küləkli, yağışlı havada bu sahədə narahatçılıq yaranırdı.
Ulu Öndər Heydər Əliyev deyib: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Yeni ismarıclar