Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikıstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index’” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Daha ətraflı »


2020-ci ilin ilk aylarından yaranmış psixoloji gərginlik–pande-miyanın yayılması sanki xeyrimi-zişərimizi urvatsız hala gətirdi. Hətta bir-birimizlə münasibətdə ehtiyatlılıq yaratdı. Hər an, hər yerdə yoluxma qorxumuzu artırdı. Nə toy etmək arzusunda olan toy edə bildi, nə də yas mərasimi düşən ölüsünə urvatlı yas verə bildi. Qəfləti yaranan bu bəla sanki bütün fikirləri qarışdırıb, insanları çaş-baş saldı. Bütün xeyirşər məclisləri dayandırıldı, əlamətdar günlər, ad günləri üçün təşkil olunan kiçik məclislər belə keçirilmədi. Günlər adiləşdi, özü də necə adiəşdi?…
Ta qədimdən bizim milli-adət-ənənələrimizdə qonşuluq mühüm yer tutur. Qonşuluqla bağlı çoxlu sayda xalq arasından çıxma atalar sözləri də vardır. “Ən yaxın qohumun kimdir?”, soruşulanda cavab: “Ən yaxın qonşum” deyilib. “Qonşunu 2 inəkli istə ki, özün 1 inəkli olasan”. “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır”. “Qonşu qonşu olsa, bağ çəpəri neyləyir?” və s. bu qəbildən olan çoxlu atalar sözləri bu günümüzədək gəlib çıxmışdır.
Hələ cari ilin əvvəllərindən, ölkəmizdə koronavirus infeksiyası qeydə alınmadığı vaxtlardan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu xəstəliyin yayılmaması üçün müəyyən tədbirlərin hazırlanıb, həyata keçirilməsinə başlanmışdır. Bu məqsədlə xüsusi xəstəxanalar ayrılmış, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar alınıb gətirilmiş və digər lazımi hazırlıq işləri görülmüşdür. Sonrakı cərəyan edən hadisələr ölkə Prezidentinin uzaqgörənliyini bir daha təsdiq etmiş və pandemiyaya çevrilən bu xəstəliyin geniş yayılmaması və xəstələrin müalicə olunması üçün həyata keçirilməli olan vacib tədbirlər sahəsində Azərbaycanda heç bir ciddi problem yaşanmamışdır.
Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Xüsusilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir.
“Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Məhz, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda digər sahələrin də tərəqqisinə əlavə təkan verib”. Bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bu, enerji təhlükəsizliyini təmin edir. Hətta, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir: “Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”
Azərbaycan dövləti və onun rəhbəri İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qayğılarını daim diqqət mərkəzində saxlayır, mövcud çətinliklərin həllinə daim dəstək göstərir, bu qəbildən olan insanların həyat tərzinin və sosial rifah halının yaxşılaşması üçün mümkün bütün tədbirləri həyata keçirirlər. Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Prezident İlham Əliyevin nitqi ölkə başçısı səviyyəsində bu vacib sahəyə olan münasibətin məntiqi təzahürüdür. Bu tədbirdə prezident qeyd etmişdir ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir.
Erməni quldurlarının varlığı sanki qandan-qadadan, qatillikdən və vəhşilikdən yoğrulub, onlar dəfələrlə azərbaycanlıdır deyə qocaya-cavana, kişiyə-qadına, böyüyə-uşağa baxmadan amansızcasına qətillər törədiblər, dinc və əliyalın insanları min-bir əzabla öldürüblər, işgəncə veriblər. Diri-diri gözlərini çıxarıblar, əzalarını doğrayıblar, yenə də bəsdir deməyiblər. Bu erməni xisləti, məkiri və qəddarlığı indi də davam edir. Torpaqlarımızın 20 faizini işğal edən mənfur ermənilər əlavə ərazilər zəbt etmək məqsədi ilə tez-tez basqınlar törədir və mülki əhalini atəşə tuturlar. Bu dəfə isə iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə,
22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Yeni ismarıclar