Son illər ölkəmiz yalnız beynəlxalq arenada, diplomatiya və ümumilikdə daxili və xarici siyasətdə deyil, iqtisadi sferada da nəzərəçarpacaq uğurlar əldə edib. Ötən ilin ən yadda qalan siyasi hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi-siyasi gücünü, iradəsini deyil iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.
Azərbaycan iqtisadiyyatı çoxfunksiyalı, şaxələnmiş şəkildə inkişaf edir ki, bu da çətin sınaq olan 44 günlük müharibədə öz sözümüzü deməyə imkan verən əsas səbəblərdən oldu. İqtisadi qüdrət, siyasi və hərbi gücü tamamlayan mühüm amildir. Müharibədən sonra da ölkəmiz iqtisadi qüdrətini artırdı. Postmüharibə dövrünün Azərbaycan iqtisadiyyatını qısa şəkildə təhlil etsək görərik ki, xeyli sayda uğurlu gedişlər olub.
Ümumiyyətlə bu bir faktdır ki, iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Daha ətraflı »


31 May 2021-ci il tarixdə Ölkə Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında növbəti bir çıxışını izlədik. Burada günün ən aktual problemi olan pandemiya ilə əlaqədar dünyada mövcud vəziyyət və görülən işlərlə bağlı müzakirələr aparılırdı. Prezident İlham Əliyev də bu sahə üzrə Ölkəmizdə görülmüş işlərlə bağlı hesabat xarakterli məruzə etdi.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
5 iyun “Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
Etibarla söhbət etdikcə Zəngəzur mahalının keçmişi və bu günü, erməni işğalının əvvəlki və sonrakı dövrü, o yerlərin əsrarəngiz gözəllikləri, buz bulaqları, şırıltı ilə axan nəğməli çayları, nadir meşələri, laləli düzləri, qarlı zirvələri və bir də zəhmətkeş insanları gəlib gözlərimin önündən keçir. Vaxtı ilə mən də o mahalın çox yerini gəzmişəm. Kim saflıq və hallalığın, hörmət və səmimiyyətin, kişilik və igidliyin nə olduğunu bilmək istəyirsə, o mahalın insanları ilə tanış olsun…
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 May – Respublika Günü ilə bağlı ünvanladığı təbrik məktubunda bir sıra məqamlara xüsusi ilə diqqət yetirmişdir. Bildirmişdir ki, regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Tədbirdə aktivliyi ilə diqqət çəkən Azərbaycan Prezidenti çıxışında yüksək məntiq və intellektini ortaya qoyaraq dünyaya mühüm mesajlar verib. Prezidentin müsahibələrində və mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı, onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, eləcə də dünyada, regionumuzda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığı informasiya meydanında qələbəmizi şərtləndirən əsas amillər kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışının əvvəlində bəyan edib ki, torpaqlarımız 30 illik işğal dövründə dağıntılara, erməni vandalizminə məruz qalıb. Genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.
Yeni ismarıclar