Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, icra hakimiyyətinin, Fondun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.
İcra başçısı Müstəqim Məmmədov Regional Bilik evinin məhz Tərtər rayonunda açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirərək, Bilik evinin fəaliyyəti üçün hər bir şəraitin olduğunu, bu imkanlardan yararlanaraq, Qarabağ bölgəsində geniş maarifləndirmə işlərinin həyata keçiriləcəyini deyib. Tərtər rayonunun cəbhə bölgəsində yerləşdiyini xatırladan Müstəqim Məmmədov düşmən üzərində tam qələbə qazanmaq yolunun təkcə silahdan deyil, həm də elmdən keçdiyini diqqətə çatdırıb. Daha ətraflı »
Yeni ismarıclar