İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunda sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi sahəsində işgüzar forum keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv bağçılıq, üzümçülük, cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, 3 ulduzlu otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodik materiallar sahibkarlara təqdim olunub.
Forumda qeyd olunub ki, indiyədək Tərtər rayonunda 264 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 492 min manatadək güzəştli kredit verilib. Bununla da 40-dan çox yeni iş yeri yaradılacaqdır.
Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.
-
08Sen
Müəllif: Redaktor, 12:22
Teqlər: Xəbərlər