Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş prokuror Zakir Qaralov bu günlərdə Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Tərtər rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş və əziz xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »
-
10DekXəbərlər BAŞ PROKUROR TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
10DekXəbərlər GENİŞ TƏRKİBLİ MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır
Müşavirədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxslər və qərargah rəisləri iştirak ediblər. Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, Tərtər rayon İcra Hakimiyyətinin Ərazi Orqanları ilə Iş Şöbəsinin baş məsləhətçisi İlqar Musayev çıxışlarında Regional Mərkəzin xidməti ərazilərində “Qarşılıqlı fəaliyyət planı” haqqında söhbət açıblar.
Müşavirədə mövcud çatışmazlıqlar barədə fikirlər bölüşdürülüb, gələcək fəaliyyətdə onların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10DekXəbərlər TƏMAS XƏTTİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILDI üçün şərhlər bağlıdır
Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndlərindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edib və şəhidlərin qəhrəmanlığından danışıb.
Qeyd olunub ki, Qarabağ müharibəsi veteranlarına, şəhid ailə-lərinə dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir.
Tədbirdə “Tərtər batalyonu”nun keçmiş qərərgah rəisi Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, keçmiş döyüşçü Yolçu Süleymanov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, abidənin tikilməsinin təşəbbüskarı və icraçısı, şəhid Zülfüqar Qasımovun qardaşı, ikinci qrup Qarabağ mü-haribəsi əlili Etibar Qasımov çıxış ediblər.
Tədbir iştirakçıları tərəfindən abidənin önünə tər gül-çiçək dəstələri düzülüb.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10DekXəbərlər ƏLİLLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır
Rayonun Tarix-Diyarşünaslıq muzeyində Əlillər Günü münasibəti ilə “Qarabağ Regional Bilik Evi”nin şagirdləri ilə birlikdə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aybəniz Şahbazi açıb. O bildirib ki, qəhrəman Tərtərin özünəməxsus qədim tarixi var. Bu tarixi keçmişlərdən bu günə kimi bu torpaqlarda yaşayan tərtərlilər yaradıb.
“Tərtər Özünümüdafiə Batalyonu”nun qərargah rəisi, ehtiyatda olan mayor Pənah Məmmədov tədbirdə çıxış edib. Qarabağ müharibəsi əlili Rövşən Məmmədov cəbhə yolu barədə şagirdlərə məlumat verib.
Tədbirdə şagirdlər geniş bədii kompozisiya ilə çıxış ediblər. Sonda Qarabağ əlilləri ilə xatirə şəkli çəkdirilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10DekXəbərlər TƏRTƏRİN ƏSAS KÖRPÜSÜ YENİDƏN QURULUR üçün şərhlər bağlıdır
Tərtər çayı üzərindəki əsas körpü 1953-cü ildə inşa olunub. Ötən illər ərzində buradakı piyada səkiləri deformasiyaya uğrayıb.
Hazırda uzunluğu 103,6 m olan 5 aşırımılı körpüdə təmir işləri aparılır. İlk növdədə piyada səkiləri sökülüb yenidən qurulur. Hər iki girişdəki sütunların aqlayla üzlənməsi nəzərdə tutulub. Həmçinin körpünün asfalt örtüyü yenilənəcək. Təmir işlərini Xocalı rayonunun yol istismarı idarəsi aparır. Qeyd edək ki, körpünün yükgötürmə gücü 60 tondur.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10DekXəbərlər YENİ TİNGLƏR ƏKİLİR üçün şərhlər bağlıdır
Tərtər yaşıllıqlar diyarıdır. Burada mövcud olan yaşıllıqların mühafizə edilməsi və becərilməsi ilə yanaşı hər il minlərlə yeni müxtəlif ağac tingləri əkilir və yaşıllıq zonaları yaradılır.
Tərtərlilər bilirlər ki, ekoloji tarazlığın bərpa olunmasında təbiətin flora və faunası əsaslı rol oynayır. Həmçinin rayonumuzda baramaçılığın inkişafı istiqamətində işlər uğurla davam etdirilir. Bu gəlirli sahənin yem bazasını möhkəmləndirmək məqsədilə bu günlərdə rayonumuzun ərazisində yerləşən bütün kəndlərdə 67 min yerli və Çin Xalq Respublikasından gətirilmiş 35 min çəkil tingi əkilib.
Yerli fermerlər, baramaçılar tingəkmə kampaniyasında həvəslə iştirak ediblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
30NoyXəbərlər YAP-ın YARADILMASININ 26-cı İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Rayon Gənclər Mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
30NoyXəbərlər AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 100 İLLİYİ üçün şərhlər bağlıdır
Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonumuzda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları rayon rəhbəri ilə birlikdə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ədliyyə orqanlarının yaradılmasının 100 illik yubileyi və peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan ətraflı danışıb.
Tədbirdə Tərtər rayon Məhkəməsinin sədri Nadir Əsgərov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şö-bəsinin rəisi Ülvü Kazımov, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev çıxış edərək, ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırıblar, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından söz açıblar.
Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
30NoyXəbərlər SƏHİYYƏ NAZİRİ OKTAY ŞİRƏLİYEV VƏ KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV TƏRTƏRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİBLƏR üçün şərhlər bağlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.
Bu günlərdə səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Goranboy və Ağdam rayon sakinlərini qəbul edib.
Qəbulda ümumilikdə 12 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.“Yeni Tərtər” Daha ətraflı »
Teqlər: Xəbərlər
-
21NoyXəbərlər DÖVLƏT BAYRAĞINA OLAN SEVGİ VƏ EHTİRAM üçün şərhlər bağlıdır

Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.Tərtər Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə minlərlə insan–hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar