Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,929
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May
    Xəbərlər İNTELLEKTUAL YARIŞ üçün şərhlər bağlıdır


    Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər 6 saylı tam orta məktəbdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgərlərinin iştirakı ilə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən intellektual yarış keçirildi. 3 mərhələdə keçirilən intellektual yarışda, ümumilikdə 8 komanda iştirak etdi.
    Yarışda rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi, yarış iştirakçılarına uğurlar arzuladı.
    Yarışın nəticəsinə əsasən l yeri rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin “Azimut” komandası, ll yeri “N” saylı hərbi hissənin “Mübarizlər” komandası, lll yeri isə Şəhər 5 saylı tam orta məktəbin “Qaliblər” komandası tutdular. Rayon Gənclər və İdman İdarəsi tərəfindən l yerin qalibi kubok və diplomla, ll və lll yerin qalibi olan komandalar isə diplomlarla mükafatlandırıldılar.

  • 19Apr
    Xəbərlər GƏNC KURSANTLARIN TƏRTƏRƏ EKSKURSİYASI üçün şərhlər bağlıdır

    Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə keçirilən vətənpərvərlik həftəsi çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib.
    Əvvəlcə kursantlar Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Kursantlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.
    Sonra kursantlar tarix-diyarşünaslıq muzeyində olublar. Muzeydə saxlanılan aprel şəhidlərinin hərbi formaları və əşyaları kursantlarda böyük maraq doğurub. Daha ətraflı »

  • 19Apr
    Xəbərlər 10 MİLYONUNCU AZƏRBAYCANLININ ŞƏRƏFİNƏ ŞƏNLİK TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Respublikamızın həyatında çöx mühüm və əlamətdar hadisə baş verib, 10 milyonuncu azərbaycanlı doğulubdur. Bu münasibətlə Tərtər rayonunda əvvəlcə ağacəkmə aksiyası keçirilib, axşam saatlarında isə konsert olub.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gələn 10 milyonuncu azərbaycanlının valideynləri bizim Ağdərənin sakinləri, hazırda Ağdam rayonunda Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlərdir. Doğulan körpə qız uşağıdır.
    Sonra 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsi münasibətilə konsert olub.
    Konsert proqramı atəşfəşanlıqla başa çatıb.

  • 19Apr
    Xəbərlər HESABAT-SEÇKİ YIĞINCAĞI üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
    Yığıncaqda ilk təşkilatın yanvar 2017-ci ildən aprel 2019-cu il tarixədək olan dövr ərzindəki fəaliyyəti barədə təşkilatın sədri Kənan Hüseynzadənin hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, Yemən Bəhmənli, Nübar Mehdizadə və Aysel Hüseynova çıxış edərək ilk təşkilatın dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər, mövcud olan nöqsanlardan danışıblar. Redaksiya ilk həmkarlar ittifaqı təşkilatının üç nəfərdən ibarət tərkib üzvləri seçilib.
    Kənan Hüseynzadə yenidən təşkilatın sədri, Bəxtilə Əliyeva isə sədr müavini seçiliblər. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər SOYQIRIM QURBANLARI YAD EDİLDİ üçün şərhlər bağlıdır

    31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər rayonunda anım tədbiri keçirilib.
    Şəhidlər abidə kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata Daha ətraflı »

  • 10Apr
    Xəbərlər Şəhidlər unudulmur üçün şərhlər bağlıdır

    AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərin ruhuna dua oxundu.
    Sonra tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş yolu barədə ətraflı məlumat verdi.
    Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində “Şəhidlər Xiyabanın”da dəfn edilmişdir.
    1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər APREL ŞƏHİDİ NİCAT İSGƏNDƏROVUN XATİRƏSİ ƏZİZ TUTULUR üçün şərhlər bağlıdır

    2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş həmyerlimiz Nicat İsgəndərov şəhidlik zirvəsinə ucalmışdır. Bu münasibətlə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
    Məktəblilər tərəfindən dövlət himni səslənib, vətənə, dövlətə, şəhidlərimizə həsr olunmuş şeirlər söylənib.
    Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər ƏSGƏRLƏRİN TƏRTƏR RAYONUNA EKSKURSİYASI üçün şərhlər bağlıdır

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu münasibətlə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.
    Əvvəlcə əsgərlər Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki Daha ətraflı »

  • 10Apr
    Xəbərlər ŞƏHİDLƏRİN ŞƏRƏFİNƏ AKSİYA üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər XEYRİYYƏ TƏDBİRİ üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak ediblər. Tədbirə həmçinin, Tərtər Rayonu İcra Hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəblərdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.
    Tədbirdə müxtəlif yaş qruplarından olan 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkün uşaqlarıdır.
    BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Daha ətraflı »