Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının 2.1-ci bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələri fevralın 15-dən fəaliyyətini bərpa edib. Rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında geniş təmizlik, tibbi profilaktiki tədbirlər həyata keçirilib, müəssisələr dezinfeksiya olunub, otaqlarda, mətbəxdə, sanitar qovşaqlarında səliqə-sahman yaradılıb.
-
19FevXəbərlər RAYONDA KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇALARI FƏALİYYƏTƏ BAŞLADI üçün şərhlər bağlıdır
-
10FevXəbərlər “GƏNCLƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqlaGənclər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular.
YAP Tərtər Rayon Təşkilatında davam edən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gənclər Günü münasibəti ilə gəncləri təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davametdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb.Vətən Müharibəsindən də da-nışan rayon rəhbəri bildirib ki, 44 gün davam edən döyüşlər və qazanılan qələbə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sonda rayonun ictimai siyasi həyatında fərqlənən bir neçə gənc Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib. -
10FevXəbərlər QAYĞIKEŞLİK üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərin ailələri ilə görüşlər keçirir. Bu günlərdə keçirilən görüşlərdə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvü Kamil Məmmədov və fəal YAP üzvü Eldar Əsədov rayonun Yenikənd kəndindən şəhid Qasımov Azər Yaqub oğlunun və Hacallı kəndindən şəhid Sabirli Əjdər Xanlar oğlunun ailələrini ziyarət etdilər. Ziyarət zamanı qeyd olunub ki, şəhid Qasımov Azər Yaqub oğlu müddətdən artıq hərbi qulluqçu kimi Aprel 2016-cı il döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıqlar göstərib. O, rayonun Suqovuşan qəsəbəsinin azad edilməsi zamanı şəhid olub. Azər Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Rayonun Hacallı kənd sakini Sabirli Əjdər Xanlar oğlu Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirəsinə ucalıb. -
28YanXəbərlər ŞƏHİDLƏRİN XATİRƏSİ EHTİRAMLA ANILDI üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri qoyub.
Sonra Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib.
Rayon rəhbəri şəhid valideynləri ilə görüşərək bildirib ki, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik!
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər. -
28YanXəbərlər ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Millət vəkili Sahib Alıyev Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elvin Umudovla birgə ikinci Qarabağ müharibəsində şəhid olmuş bütün tərtərlilərin ailələrini ziyarət edərək, problem və qayğıları ilə maraqlanıb. Bir sıra istəklər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı isə uyğun qurumlara müraciətlər hazırlanır, çox qısa zamanda hamısı göndəriləcək.
Sahib Alıyev deyib:
–Qəhrəman Tərtər bu savaşda da ən çox şəhid verən rayonlarımızdandır. Əlli yeddi şəhidimiz var, hamısının ruhu qarşısında baş əyirəm!
Şəhidlərimizin bir çoxunun valideynlərini dinləyərkən əmin olursan ki, övladlarının qəhrəman kimi yetişmələrində genləri və aldıqları tərbiyə az rol oy-namayıb. Elə bir şəhid ailəsi olmadı ki, orada dövlətimizdən, Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan razılıq edilməsin, qazanılan zəfərə, göstərdikləri qayğıya görə minnətdarlıq bildirilməsin. -
28YanXəbərlər SUQOVUŞANDA SU ELEKTRİK STANSİYALARINDA TƏMİR İŞLƏRİ üçün şərhlər bağlıdır
“Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
Erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək. -
18YanXəbərlər İşğaldan azad olunmuş yurdlar üçün şərhlər bağlıdır
ŞUŞA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN OLUNDU
Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir,
incəsənətdir, tarixdir. Şuşanın yenidən bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsini, yenidən yüksəliş mərhələsinə daxil olmasını şərtləndirir. Bu mənada, Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan etməsi olduqca mühüm qərardır.
Şuşa Azərbaycan xalqı üçün milli simvoldur:
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan
Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı.
Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Daha ətraflı » -
18YanXəbərlər SUQOVUŞANA VƏ TALIŞA GEDƏN YOLLAR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan si-lahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.
Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Yol boyu yararsız qrunt qazılaraq çıxarılmış, Daha ətraflı » -
08YanXəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
İCRA BAŞCISI ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞDÜ
44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib. 200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb.
Tərtərə düşən mərmilər nəticəsində minlərlə fərdi yaşayış evləri dağılıb, ictimai binalara, sosial obyektlərə ziyan dəyib. Bunlara baxmayaraq, tərtərlilər böyük vətənpərvərlik və təəssüb göstərərək öz yurd-yuvalarından ayrılmamışlar
Yeni il ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov ilə birlikdə 128 şəhid və qazi ailəsində olub, onların qayğıları ilə maraqlanıb, problemlərinin yerində həll olunmasına köməklik göstərib, şəhid və qazi ailələrinə bayram sovqatları veriblər. -
08YanXəbərlər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında və küçələrdə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir. Bu tədbirlərin tərkib hissəsinin əsasını epidemiyaya qarşı mubarizə təşkil edir. Rayonda vaxtaşırı olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, bu təhlukəli xəstəliyin fəsadları izah olunur, onun qarşısının alınması üçün göruləsi vacib profilaktik tədbirlər, gigiyenik qaydalar haqqında məlumatlar verilir. Vaxtaşırı reydlər keçirilir, əhalinin qoruyucu vasitələrdən istifadə etmələri, ara məsafəsi saxlamaları və tez-tez dezinfeksiyaedici maddələrdən istifadə etmələri ön plana çəkilir
Yeni ismarıclar