Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr
    Xəbərlər REYDLƏR KEÇİRİLİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət, koronavirus infeksiyasının yayılmasının qarsısının alınması məqsədilə reydlər davam etdirilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən reydlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
    Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir.

  • 09Apr
    Xəbərlər SOYQIRIM QURBANLARININ XATİRƏSİ EHTİRAMLA ANILDI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

  • 09Apr
    Xəbərlər ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər rayonundan 2016-cı ilin Aprel döyüşlərində Füzuli istiqamətində gedən vuruşlarda şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun şəhidliyinin 5-ci ildönümü qeyd olunub. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin ailəsinə baş çəkmiş, onun xatirəsi yad edilmiş, keçdiyi döyüş yoluna bir daha nəzər salınmışdır. Şəhidin valideynləri Bəhruz və Maya İsgəndərovlar və yaxınları onunla bağlı xatirələrini söyləmişlər.
    Nicat İsgəndərov aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı Tərtər şəhərinin abad küçələrindən birinə verilərək əbədiləşdirilib. İctimaiyyət nümayəndələri şəhidin 5-ci ildönümündə onun adını daşıyan küçədə olmuş, xatirəsini ehtiramla yad edərək, baralyefi önünə gül dəstələri düzmüşlər. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər LİTVALI JURNALİSTLƏR TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə bir qrup litvalı jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri baş tutub. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxil idi.
    Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında, dağıdılmış, talan olunmuş, eyni zamanda bərpa edilmiş binalar haqqında məlumat verib. Onlar Vətən müharibəsində ziyan dəymiş infrastrukturu əyani əks etdirən foto şəkil və stendlərlə tanış olublar.
    Sonra jurnalistlər işğaldan azad olunmuş Suqovuşan və Çaylı kəndlərinə gediblər. Suqovuşan kəndində infrastrukturun bərpası üzrə aparılan işlərə baxıblar.
    Litvalı jurnalistlər Tərtər Rayon İcra Hakimiyyətinin və BAMF heyətinin nümayəndələrinin müşayiəti ilə Suqovuşanda Daha ətraflı »

  • 31Mar
    Xəbərlər ŞƏHİD AİLƏSİNƏ FƏRDİ EV TİKİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Sarıcalı kəndindən olan Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılış mərasimində iştirak edib. Fərdi yaşayış evi iş icraçısı Xəqani Məmmədovun təşkilatçılığı ilə bir qrup xeyirxaq şəxsin vəsaiti hesabına tikilib.
    Mərasimdə iştirak edən rayon rəhbəri prezident İlham Əliyev Daha ətraflı »

  • 18Mar
    Xəbərlər ABŞ-ın NÜMAYƏNDƏLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi”nin nümayəndələri -Chambers Christopher Ala, Clayton Austin James, Cay Şakir Gokhan erməni təcavüzü nəticəsində ziyan dəymiş yerlərlə tanış olmaq məqsədilə Tərtər rayonuna səfər ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi dövründə ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan və onların aradan qaldırılması üçün görülmüş tədbirlər barədə ətraflı məlumat verib.
    Sonra qonaqlar rayonda fərdi yaşayış evlərinə, çoxmənzilli yaşayış binalarına, inzibati binalara, infrastruktura dəymiş ziyanla yerində tanış oldular, ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxdılar.

  • 18Mar
    Xəbərlər ABADLIQ İŞLƏRİ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsindən dərhal sonra Tərtər şəhərində abadlıqquruculuq işlərinə başlanılmışdır.
    Şəhərin 6 küçəsi tamamilə, 2 küçəsinin isə döngələri asfaltlanmışdır.
    Hazırda 6 küçədə istinad divarları aqlay və bəzək daşları ilə üzlənir, ağaclar budanır, elektrik, qaz, telefon xətləri qaydaya salınır.
    Qeyd edək ki, bu günə kimi rayon ərazisində qəzalı vəziyyətdə olan 60 fərdi yaşayış evi və mənzillərdən 47-nin tikintisinə başlanılmış, 677 fərdi yaşayış evi və mənzildə təmir-bərpa işləri aparılır, 192 fərdi yaşayış evi və mənzildə təmir-bərpa işləri başa çatdırılmış, 40-a yaxın çoxmənzilli yaşayış binalarının isə dam örtükləri təmir-bərpa olunmuşdur.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abadlıq işləri aparılan küçələrdə olub, lazımi tövsiyələrini verib.

  • 18Mar
    Xəbərlər İCLAS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.
    İclasda Komissiyanın üzvləri və dəvət edilmiş şəxslər–təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları və digər rəhbər şəxslər iştirak ediblər.
    İclas zamanı dəymiş ziyanın qiymətləndirilməsi, ilkin yardımın göstərilməsi, qismən ziyan dəymiş və tam dağılmış tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib.
    Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

     

  • 11Mar
    Xəbərlər YAPONİYA SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibləri Aşizuka Daiji və Sugioka Mami Erməni terroru nəticəsində rayona dəymiş ziyanla və onların aradan qaldırılması üçün görülmüş işlərlə tanış olmaq məqsədi ilə Tərtər rayonunda olublar.
    Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan və onların aradan qaldırılması üçün görülmüş işlər barədə ətraflı məlumat verib.
    Sonra qonaqlar Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksində ermənilərin atdığı mərmilərdən sakinlərə dəymiş ziyanla yerində tanış oldular.

     

  • 11Mar
    Xəbərlər DEZİNFEKSİYA İŞLƏRİ APARILIR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında geniş təmizlik, tibbi profilaktiki tədbirlər həyata keçirilib, müəssisələr dezinfeksiya olunub.