“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
Rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiya olunmasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 86 min 289 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 43 min 733, II mərhələ üzrə peyvənd olunanların sayı 38 min 300 və Buster doza üzrə peyvənd olunanların sayı isə 6880 nəfərdir.
Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.