Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,847
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Apr
    Xəbərlər Şəhərimiz günü-gündən gözəlləşir üçün şərhlər bağlıdır

    2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
    Şəhərin Əli İsmayılov, Teymur Rəhimov küçələrinin əsaslı təmiri və Mübariz İbrahimov küçələrində asfaltlanma işləri başa çatıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində isə səkinin kənarlarında yeni yaşıllıq zolaqları yaradılıb, təkgöz, müxtəlif dekorativ gül kolları və ağaclar əkilib.
    Hazırda Molla Pənah Vaqif küçəsi əsaslı təmir olunur. Küçədə istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
    Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Molla Pənah Vaqif küçəsində görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
    Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Apr
    Xəbərlər Məktəb həyatı üçün şərhlər bağlıdır

                                               Şəhidin adına layiq  olacaqlarına söz verdilər

    Şəhər 1 saylı tam orta məktəbinin rus bölməsinin 2-ci “V” sinfində şəhid Fuad Məhərrəmlinin adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri və doğmaları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi veteranları, məktəb rəhbərliyi, mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
    Sonra sinif müəllimi Ramilə Heydərova şəhid Fuad Məhərrəmli haqqında məlumat verib. Bildirib ki, o, 28 noyabr 1994-cü ildə rayonumuzun Evoğlu kəndində kolxozçu ailəsində anadan olub. Orada boya-başa çatıb. Ailədə 2 qardaş 1 bacı olublar. O, əsgəri xidmətini Naxçıvanda çəkib. 2020-ci ilin iyun ayından isə müddətdən artıq xidmətə yazılıb. Minaatan bölməsində kiçik çavuş kimi çalışıb. 44 günlük Vətən Müharibəsində Həsənqaya, Suqovuşan istiqamətində döyüşüb. 19 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. 20 oktyabrda canından çox sevdiyi torpaqda dəfn olunub. Ölümündən sonra qəhrəman şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub. Daha ətraflı »

  • 14Apr
    Xəbərlər Borsunlu kəndində partiya fəalları ilə görüş      üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    14 aprel 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rayon təşkilatının Borsunlu ərazi partiya təşkilatında partiya fəalları ilə növbəti görüşünü keçirmişdir.

    Görüşdə çıxış edən Eldar Əsədov YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq, yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Rayon təşkilatının sədri son 19 ildə ölkəmizin siyasi,sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların,dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərmişdir. O qeyd etmişdir ki, əldə olunan uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki , yüz minlərlə fəal dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası “dünənin, bu günün və gələcəyin” partiyası adını ləyaqətlə doğruldaraq, ölkəmizin ictimai- siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Odur ki, hər bir partiya üzvü partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında, insanlarımızın baş verənlər haqda maarifləndirilməsində daha fəal olmalıdır. Eldar Əsədov, eyni zamanda, partiya Nizamnaməsi tələblərinə uyğun olaraq üzvlük haqlarının vaxtı- vaxtında ödənilməsinə ciddi fikir verilməsini ərazi partiya təşkilatlarının əsas vəzifələrindən biri olduğunu qeyd etmişdir.

    Görüşdə çıxış edən partiya fəallarından Cəmilə Ağalarova, Rabil Piriyev, Salman Məmmədov, Vaqif  Əliyev, Kamran Həsənov, Şəhla Alışanova və Adil Əliyev Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, hər bir partiya üzvünün bundan sonra da YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirdilər.

     

     

     

     

     

     

     

  • 08Apr
    Xəbərlər Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir üçün şərhlər bağlıdır

    Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
    Rayonumuzda da torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Görülən işlərin davamı olaraq Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidləri Qubad Hacıyevin və Fərrux Həşimovun adlarına sinif otaqları verilib. Artıq bu gündən 7 A sinfi şəhid Qubad Hacıyevin və 4 A sinfi şəhid Fərrux Həşimovun adını daşıyacaqdır. Sinif otaqlarının qapısı üzərində şəhidlərin adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətlərini əks etdirən guşə yaradılıb.
    Məktəbdə şəhidlərin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Qazi övladı hərbi xidmətə yola salındı üçün şərhlər bağlıdır

    İrəvanlı kəndində İkinci Qarabağ müharibəsi qazisi Arzuman Abdullayevin oğlu İlkinin hərbi xidmətə yola salınması münasibəti ilə mərasim təşkil olunub.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev iştirak ediblər.
    Mərasimdə çıxış edən rayon rəhbəri hərbi xidmətə yola düşmələri münasibətilə bütün çağırışçılara, o cümlədən İlkinə təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. Qeyd edib ki, bu gün hərbi xidmətə yola salınan gənclər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda regionun ən güclü və qüdrətli ordusuna çevrilən Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaq-larımızı mənfur düşmən-dən azad edib. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

     

  • 08Apr
    Xəbərlər “Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi” mövzusunda müşavirə keçirilib üçün şərhlər bağlıdır

    Rayonumuzda “Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi” mövzusunda müşavirə keçirilib. Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov payızlıq əkin sahələrinə aqrotexniki qulluq, təsərrüfat bitkilərinə qulluq və rayonda pambıq əkininə hazırlıq barəsində ətraflı danışıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Tərtər rayonunun respublikanın kənd təsərrüfatı sahəsində oynadığı mühüm roldan, rayonda əkilib becərilən kənd təsərrüfatı bitkilərinə qulluq və qayğıdan geniş söhbət açıb. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib üçün şərhlər bağlıdır

    “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə Ağdam, Tərtər və ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.
    Müayinələr Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasında paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.
    Keçirilən müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, yerində məsləhətlər verilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Daha ətraflı »

  • 05Apr
    Digər, Xəbərlər Xalqın etimad və rəğbətini qazanan Lider üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl islahatlar nəticəsində hazırda ölkəmizi  sabit, təhlükəsiz ölkə kimi tanıdmaqdadır. Müstəqil  Azərbaycan dövlətini xarakterizə edən nailiyyətlər, son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə  çevrilməsi hər birimizi fəxarət hissi ilə dərindən qürurlandırır. Bütün bunlar ondan xəbər verir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

    2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə  ölkədə böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Möhtərən Prezidentimiz  İlham Əliyev cənabları  Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır.

    2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışında iştirak ediblər üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısına raport verdi.
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxdılar.
    Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verildi.
    Bildirildi ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.
    Dövlətimizin başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldular.
    Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
    İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.

     

  • 31Mar
    Xəbərlər İlham Əliyev Suqovuşanda turizm kompleksinin təməlini qoyub üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
    Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi ba-rədə məlumat verdi.
    Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığış-dırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.
    Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə Daha ətraflı »