


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Kəbirli kəndində səyyar-qəbul görüşü keçirilib. Görüşdən əvvəl rayon rəhbəri hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyaraq xatirələrini ehtiramla yad ediblər.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq yerlərdə səyyar-qəbul görüşlər keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.
Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışıb. Qeyd olunub ki, son beş ildə şəhid və qazi ailələrinə 1546 fərdi ev tikilib. Daha ətraflı »
Yeni ismarıclar