ƏHALİNİN MADDİ VƏ SOSİAL DURUMU YAXŞILAŞIR

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Seydimli kəndində səyyar qəbul-görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nü-mayəndələri, bələdiyyə sədrləri, KİV-in əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar qəbul-görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti, quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar. Daha ətraflı »



GİKM-in Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev tərəfindən keçirilən təlimdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında ümumi məlumat verilib, DİM – 5 gender bərabərliyi haqqında danışılıb və müzakirələr təşkil olunub.



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 45 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.



Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkisaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin əməkdaşlıği ilə 1 Avqust – Azərbaycan dili və Azərbaycan əlifbası günü ilə əlaqədar olaraq “ Doğma dilim” adlı görüş təşkil edilib.
Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə aqrar sahədə aparılan mövsümi işlər, biçilmiş taxıl sahələrində yanğınların qarşısının alınması, o cümlədən pambığın becərilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təstiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən əlavə torpaq sahəsi ilə təmin edilməsi, qəbullarda vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması, Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq kənd qəbrsitanlıqlarının və ziyarətgahların ətrafının təmzilənməsi, səliqə-sahmana salınması ilə bağlı məsələlər müzakirə olunub.
29 iyul 2022-ci il tarixdə Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev ilə birlikdə rayonun Xoruzlu kəndində Xoruzlu və Kəbirli kəndlərindən olan şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən söhbət açıb. Bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse Prezident Mehriban xanım Əliyevanın bütün dövlət qurumlarına nümunə olduğunu bildirib.
Yeni ismarıclar