Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov sentyabrın 22-də Tərtərdə Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Qəbuldan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra Tərtər rayon İcra Hakimiyyətində rayon rəhbəri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 52 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, könüllü hərbi xidmətə göndərilmə, eləcə də digər məsələlər ilə bağlı olub. Daha ətraflı »


Belə ki, kənddə məktəbə gedən yola çınqıl tökülərək hamarlanıb, yolun kənarları qaydaya salınıb.
Rayon icra hakimiyyəti-nin başçısı sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi geniş-miqyaslı təxribatların qarşısını alan zaman Azərbaycan Ordusunun şəhid verdiyini bildirib, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib. Qəbul zamanı öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qəbuldan öncə o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, rayonda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb, sonra isə rayon Gənclər mərkəzində vətəndaşları qəbul edib.
Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-ın Azər-baycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.
İş yoldaşımız Ülviyyə xanımı qızı Səbinənin Naxçıvan Dövlət Universitetinə jurnalistika ixtisası üzrə daxil olması münasibəti ilə ürəkdən təbrik edirik!
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.


Yeni ismarıclar