11Noy

Noyabrın 8-də Tərtər Rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr–Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı təşkil olunub.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Zəfər Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər Gününün tarixi haqqında geniş məlumat verilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramı təqdim edilib, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər ifa olunub.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı iştirakçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Sonda tədbirdə fəal iştirak edən məktəblilərə rayon rəhbəri tərəfindən təşəkkürnamələr təqdim edilib.
05Noy


“Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində 2-4 noyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Tərtər rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər. Daha ətraflı »
05Noy


Tərtərdə tarixi Zəfər günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranlar, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə Kompleksini ziyarət edib, onların xatriəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »
05Noy


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Yuxarı Qapanlı kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »
03Noy
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.
Bununla əlaqədar tarixə “qızıl” hərflərlə yazılan “08 Noyabr-Zəfər günü”ə Tərtər rayonunda hazırlıq işləri aparılır. Belə ki, Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücayəti ilə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər ilə bağlı rayonun meydan və küçələrinə, inzibati binalara, ticarət obyektlərinə və digər ərazilərə plakatlar yerləşdirilir.
01Noy
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 28 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi üçün icazə verilməsi, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, küçənin asfaltlanması, dövlət mülkiyyətində olan torpaq sahəsindən bağçılıq məqsədilə icarəyə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
01Noy
Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
31Okt
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 39 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, həyətyani torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin verilməsi, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
31Okt
Tərtər rayonunda abadlıq işləri mütamadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Şah İsmayı Xətai küçəsində keçirilən növbəti iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal iştirak ediblər.
Səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aparılan təmizlik işləri ilə yerində tanış olub, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlarını verib.
31Okt
Oktyabrın 28-də Tərtər şəhər 2 saylı məktəb-liseydə 10-cu və 11-ci sinif şagirdləri arasında “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, şöbənin məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, rayon Mərkəzi Xəstəxanasının həkimi Bəkir Nağıyev, rayon Təhsil Şöbəsinin əməkdaşı Gülxar Abbasova və məktəbin direktoru Gülarə Əkbərova iştirak ediblər.
Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir. Daha ətraflı »
Yeni ismarıclar