Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,660
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May
    Xəbərlər İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 29 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi za-manı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, fərdi yaşayış evinin tikilməsi üçün həyətyani torpaq sahəsinin ayrılması, maddi yardım, ev təmirinə köməklik, Şıxarx qəsəbəsində evlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 19May
    Xəbərlər Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərə sovqat paylanılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti “Vəkiloğlu” MMC şirkəti ilə birlikdə “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər ra-yonundan olan Vətən Müharibəsinin 62 şəhid ailəsinə və 57 əlilinə ərzaq yardımı edib.
    Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC şirkətinin əməkdaşları iştirak ediblər.
    Şəhid atası İfrayıl Hacıyev, qazi Misir Axundov və başqaları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

  • 11May
    Xəbərlər Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tərtər şəhərində konsert proqramı təşkil edilib.

    Ulu Öndərin adını daşıyan Mərkəzi Meydanda keçirilən konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin çıxışlarını dinləyiblər.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşlarının, YAP rayon təşkilatının, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsil bayram abu-havası yaşanıb.

    Konsertin sonunda tərtərlilər gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər

     

  • 10May
    Xəbərlər Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə(Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ərazisində yerləşən N saylı hərbi hissələrinin zabit və əsgərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 10May
    Xəbərlər Tərtərdə Ümummilli Liderə həsr olunmuş fotosərgi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə sərgi keçirilib.

    Sərgidə tədbir iştirakçıları Ulu Öndərin Tərtər rayonuna 1975, 1976 və 1978-ci illərdə səfərlərini əks etdirən foto şəkillərə, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin çəkdikləri rəsm və hazırladıqları dekorativ tətbiqi sənət nümunələrinə baxıblar. Daha ətraflı »

  • 10May
    Xəbərlər Tərtərlilər Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətini nümayiş etdirdilər üçün şərhlər bağlıdır

    May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubleyi Tərtər rayonunda da qeyd olunub. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Daha ətraflı »

  • 08May
    Xəbərlər “Prezident kuboku-2023” reqatasında iyirmiyədək ölkədən 100-dən çox idmançı mübarizə aparır üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2023” reqatası start götürüb.

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reqata Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

    Suqovuşan su anbarında təşkil olunan yarışa 20-dək ölkədən 100-dən çox idmançı qatılıb. Onlar kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüş edəcəklər.

    Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

     

  • 01May
    Xəbərlər Vətəndaşların nəzərinə! üçün şərhlər bağlıdır

    30 aprel 2023-cü il tarixdə axşam saatlarında rayon ərazisinə yağan aramsız yağış Dəmirçilər, Ağkənd, Həsənqaya və Çaylı kəndlərinə sel gəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar həmin ərazilərə sellə birlikdə  partlamamış hərbi sursat və şübhəli əşiyaların gəlmə ehtimalını nəzərə alaraq bu halda vətəndaşlardan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və DİN-in “102” xidməti-zəng mərkəzi zəng etmələrini xahiş edirik.

     

     

  • 01May
    Xəbərlər Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır üçün şərhlər bağlıdır

    Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.

    Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində  fərdi təsərrüfatlara, taxıl, arpa, yonca, meyvə bağlarına və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.

    Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmış, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel sularının qarşısının alınması işləri aparılır.

    Həmçinin rayonun Həsənqaya, Çaylı, Qaynaq, Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Düyərli, İrəvanlı, İsmayılbəyli, Səhlabad, Yuxarı Qapanlı, Qazyan, Soyulan və Əskipara kəndlərinə yağan güclü dolu nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də ziyan dəymişdir.

    Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş verən Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

     

  • 29Apr
    Xəbərlər Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Kəngərli kəndində keçirilib.

    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.

    Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Rayon rəhbəri aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın-əminamanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır. Daha ətraflı »