Heydər Əliyev Mərkəzində “Bakı-2015“ I Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Tərtər rayonuna saxlanmağa verilmiş çıraq ətrafında “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə 10 məşəldar və digər idmançılar iştirak etmişlər. Daha ətraflı »
-
28MayXəbərlər Çıraq ətrafında tədbir üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
16MayXəbərlər Qələbə– 70 üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyəti Heydər Əliyev Mərkəzində 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş tədbir keçirmişdir. Əvvəlcə tədbirə dəvət olunmuş müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin büstü önünə gül- çiçək dəstələri qoymuşlar. Sonra kitab sərgisinə baxmış, rayon mədəniyyət evinin bədii qiraət ustalarının ifasında müharibə mövzusunda şeirlər dinləmişlər. Zəminə Kazımovanın söylədiyi “Ana və poçtalyon” şeiri alqışlarla qarşılanmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
16MayXəbərlər Heydər Əliyev – 92 üçün şərhlər bağlıdır
Ulu Öndərə məhəbbət
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin biri də Rafiq Nuriyev adına şəhər 6 saylı tam orta məktəbində keçirilmişdir.
Toplantını giriş sözü ilə məktəbin təşkilati işlər üzrə direktor müavini Zülfiyyə Abdullayeva açmışdir.
Məktəbin direktoru Azad Abbasov çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmət lərindən bəhs etmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
15MayXəbərlər Qələbə-70 üçün şərhlər bağlıdır
Tərtərlilərin bayram sevinci
9 May-Qələbə Günü münasibətilə keçirilən tədbirdə Böyük Vətən müharibəsi iştirakçıları, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə önündə keçi-rildi. İştirakçılar abidə önünə gül-çiçək dəstələri qoydular.
Toplantını giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açdı. Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
30AprXəbərlər Heydər Əliyev-92 üçün şərhlər bağlıdır
Tərtər Rayon Gənclər və İdman idarəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin 1998-1999-cu il təvəllüdlü şagirdləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
30AprXəbərlər Heydər Əliyev-92 üçün şərhlər bağlıdır
Bu günlərdə Tərtər Rayon Gənclər və İdman İdarəsi tərəfindən Ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Heydər Əliyev mənim üçün kimdir?” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov açdı. Daha ətraflı »Teqlər: Xəbərlər
-
30AprXəbərlər Heydər Əliyev–92 üçün şərhlər bağlıdır
YAP Tərtər Rayon Qadınlar Təşkilatının tədbiri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuşdu. Əvvəlcə Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP rayon Qadınlar təşkilatının sədri Xatirə Məmmədova məruzə etdi Daha ətraflı »
Teqlər: Xəbərlər
-
30AprXəbərlər Heydər Əliyev–92 üçün şərhlər bağlıdır
Rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Ulu öndərin xatirəsi ışığında” mövzusun-da tədbir keçirildi.
Yığıncağı Mərkəzin direktoru Səlimə Yusibova açdı və mövzu ilə bağlı ətraflı məruzə etdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
23AprXəbərlər Yaşıllaşdırma marafonu davam edir üçün şərhlər bağlıdır
DEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” çər- çivəsində Tərtər rayonunda ağacəkmə aksiyası davam etdirilir.
Aksiyada başda ra-yon icra hakimiyyətinin kollektivi olmaqla bütün idarə, müəssisə və təşkilatların işçiləri fəal iştirak edirlər. Bu il rayonda 10 minə yaxın ağac əkilmişdir. Bu layihə insanlar arasında ekoloji mədəniyyətin artı-rılmasına və təbiətə qayğı hissinin güclənməsinə bir töhfədir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
11AprXəbərlər Tariximizin faciəli səhifələri üçün şərhlər bağlıdır
Tariximizin faciəli səhifələri
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim rayonumuzdakı Şəhidlər abidəsinin önundə keçirildi. Tədbirə rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.
Öncə Tərtər «Cümə» məsçidinin axundu Hacı Sadiq soyqırım qurbanlarının ruhuna dua oxudu. Sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanlıların soyqırımı ilə bağlı geniş və ətraflı məruzə etdi. O bildirdi ki, son iki əsrdə Qafqazda erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirimiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Bu siyasət planlaşdırılmış senari uzrə tarix boyu mərhələlərlə davam etdirilmişdir. Bunun nəticəsində indi Ermənistan adlandırılan, lakin azərbaycanlıların minillər boyu yaşadıqları torpaqlarından didərgin salınaraq, kütləvi şəkildə qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus yaşayış məskənləri dağıdılıb viran edilmişdir.
Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, yüz minlərlə insanı öz dədə-baba yurdlarndan didərgin salmışlar.
Təkcə 1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasının 86 kəndi yandırılıb, 7 minədək insan, o cümlədən 1653 nəfər qadın, 965 nəfər uşaq güllələnib. Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Quba qəzasında 162, İrəvan quberniyasında 211, Qarabağın dağlıq hissəsində 157 kəndi və bu yerlərdəki bütün məsçidləri, məktəbləri, qədim memarlıq abidələri məhv etmiş, əhalisini qırmışlar.
Rayon rəhbəri sonda bildirdi ki, artıq 17 ildir biz 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi böyük urək ağrısı ilə qeyd edirik. Bu gün hamımız üçün tarixi bir görk olmalıdır və heç vaxt yadımızdan çıxmamalıdır.
Tədbirdə Tərtər Rayon Böyük Vətən Müharibəsi Veteranları Şurasının sədri İman Almuradov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov çıxış edərək zaman-zaman ermənilərin azərbaycanlıların başlarına açdıqları müsübətlərdən danışdılar.
Sonda toplantı iştirakçıları abidə önünə tər gül-çiçək dəstələri düzdülər.
Teqlər: Xəbərlər
Yeni ismarıclar