Tərtər şəhərinin və ətraf on bir kəndin içməli su və kanalizasiya sisteminin quraşdırılması layihəsi üzrə tikinti-quraşdırma işləri davam etdirilir. Nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir. Bu möhtəşəm layihənin icrasına cari ilin iyun ayında başlanıb.
Şəhərimizin Mehdi Hüseynzadə, Nəriman Nərimanov, Süleyman Məmmədov, Şıxəli Qurbanov və başqa küçələrində qazma və quraşdırma işləri davam etdirilir.
Layihənin icrasında 46 ədəd maşın-mexanizm, 50 nəfər fəhlə və 15 nəfər mühəndis-texniki işçi işləyir.
Az vaxt ərzində 5 kilometrdən çox məsafədə qazma, quraşdırma işləri görülüb.
-
18Avq
Müəllif: Redaktor, 14:20
Teqlər: Xəbərlər