11Dek
Rayonumuzun bir sıra kəndləri kimi bizim Köçərli kəndinə də qaz çəkilişi işləri davam etdirilir. Kən-dimizin 390 təsərrüfatında 1700 nəfər əhali yaşayır. Sahə rəisi Elşad Məmmədov və iş icraçısı Çingiz Həsənov bildirdilər ki, qaz çəkilişini “Alıbəyli UY” şirkəti həyata keçirir. Çəkiliş zamanı 108, 76 və 57 diametrli dəmir borulardan istifadə olunur. Hər küçəyə qaz çəkilən zaman evlərə sayğac qoyulur, tənzimləyici quraşdırılır.
Şirkətin işçiləri yeni il bayramınadək kəndin qazlaşdırılmasını başa çatdırmaq üçün var qüvvə ilə çalışırlar.
Ziyəddin Nəcəfov
Köçərli kənd sakini
Teqlər: Xəbərlər
11Dek
Şəhərimizin Ədalət Paşayev küçəsindəki 5 mərtəbəli 30 mənzilli yaşayış evinin dam örtüyü dəyişdirilərək yenidən qurulur.
Rayonda aparılan tikinti-quruculuq işlərindən bizə məlumat verən Tərtər RİHB aparatının memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Tofiq Kərimov bildirdi ki, adıçəkilən yaşayış binasının dam örtüyü dəyişdiriləndən sonra bu iş Qafur Məmmədov küçəsindəki 5 mərtəbəli yaşayış binasında görüləcək
Teqlər: Xəbərlər
11Dek
Cari ilin iyun ayında Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin tikintisi layihəsinin icrasına başlanıb. Layi-hədə 110 km icməli su və 110 km kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda şəhə-rin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılıb, 25974 metr magistral kanalizasiya xətti, 12363 metr magistral su xətti çəkilib. Tutumu 5000 kubmetr olan su anbarının tikintisi davam etdirilir. Anbara 1200 metr su xətti çəkilib. Anbardan şəhərə gələn su xəttinin 500 metrdən çox hissəsi işlənib.
Teqlər: Xəbərlər
11Dek
Şəhərimizin Heydər Əliyev prospektindəki
ümumi sahəsi 1400 kvadratmetr olan 3 mərtəbəli şahmat məktəbində və Nizami küçəsindəki ümumi sahəsi 1200
kvadratmetr olan 2 mərtəbəli, 100 yerlik körpələr evi-uşaq bağçasında tamamlama işləri aparılır. Hər iki binanın yeni ilqabağı istifadəyə verilməsi nəzərdə tutulur.
Teqlər: Xəbərlər
11Dek

Tərtərdə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müxtəlif kateqoriyadan olan 120 nəfər əlil iştirak edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
11Dek
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq Tərtər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mü
dafiə məşqi keçirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Noy
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində Tərtər şəhərinin üç tam orta məktəbində layihə həyata keçirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Noy
Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ya-nında Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” layihəsi çərçivəsində Gənclər Mərkəzində tədbir keçirilib. Daha ətraflı »
27Noy
Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uzun illərin təcrübəsinə malik işgüzar bir kollektiv çalışır. Tərbiyəçilərdən Şərafət Qəndilovanın, Müşgünaz Fətəliyevanın, Esmira Süleymanovanın, Almaz Bədəlovanın adları rayonumuzda çoxlarına yaxşı tanışdır. Çünki yüzlərlə tərtərli məhz bu bağçadan mək-təbə qədəm qoyaraq həyatda uğur qazanıb. Daha ətraflı »
27Noy
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Gənclər Mərkəzində Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edib. Daha ətraflı »
Yeni ismarıclar