Tərtərdə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müxtəlif kateqoriyadan olan 120 nəfər əlil iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək bildirib ki, hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və qayğı, həssaslıq tələb edir. Bunlar daim sosial və mənəvi qayğıya ehtiyacı olan əlillərdir. Bu həssas təbəqə cəmiyyətin ayrılmaz hissəsidir.
Rayon rəhbəri bildirib ki, Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, əlillərə pulsuz mənzil verilir. Əlillərin pulsuz mənzillə təmin edilməsi işinə 1997-ci ildən Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə başlanıb.
Rayonumuzda Qarabağ müharibəsi veteranları və əlilləri üçün əvvəlki illərdə iki 16 və bir 24 mənzilli, cari ildə isə bir 6 mərtəbəli 54 mənzilli yaşayış evi tikilib istifadəyə verilmişdir. Hazırda 10 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilir.
Rayonumuzda müəyyən qruplardan olan 4682 nəfər əlil vardır. 1946 nəfər əlil Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rayon şöbəsindən sosial müa-vinət, 2736 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsindən pensiya alırlar. Onlardan 316 nəfərə – Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Müalicəyə eh-tiyacı olan əlillər Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər il müxtəlif sanatoriya-lara göndərilir. 2014-cü ildə 20 nəfər Qarabağ əlilinə Nazirlik tərəfindən “Nazifan” markalı minik avtomobili verilib.
Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi, Çernobıl qəzasının aradan qaldırılması zamanı əlil olanlara torpaq islahatı zamanı əlavə 1 pay torpaq verilib. Əlil uşaqlar fərdi təhsilə cəlb olunublar.Çernobl əlillərinin hər birinə ildə bir dəfə 160 manat müalicə pulu, 200 manat isə birdəfəlik müavinət verilir.
Tədbirdə çıxış edən Böyük Vətən Müharibəsi Veteranları Şurası-nın sədri İman Almuradov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyi rayon şöbəsinin sədri Suliddin Yusifov, Qadın Əlillər Cəmiyyətinin sədri Tükəzban Əliyeva, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Nizami Heydərov, Çernobl Əlilləri Cəmiyyətinin sədri Sət-tar Həsənov, Qarabağ müharibəsi veteranı Pənah Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev əlilləri təbrik edərək, onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində bir qrup radikal mövqeli dindarın qeyri-qanuni əməlləri nəticəsində baş vermiş xoşagəlməz hadisələr barədə də söhbət açılıb və bu cür hərəkətlər qətiyyətlə pislənib.
Rayon mədəniyyət evinin hazırladığı konsert proqramı Əlillər Gününə həsr olunmuş tədbiri daha da maraqlı edib.
Yeni Tərtər