Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uzun illərin təcrübəsinə malik işgüzar bir kollektiv çalışır. Tərbiyəçilərdən Şərafət Qəndilovanın, Müşgünaz Fətəliyevanın, Esmira Süleymanovanın, Almaz Bədəlovanın adları rayonumuzda çoxlarına yaxşı tanışdır. Çünki yüzlərlə tərtərli məhz bu bağçadan mək-təbə qədəm qoyaraq həyatda uğur qazanıb.
Bacarıqlı tərbiyəçilərin iştirakı ilə məktəbəqədər qrupda “açıq məşğələ” keçirildi. Məşğələni 20 illik pedaqoji fəaliyyəti olan Sahilə İbrahimova aparırdı. Savad təliminə hazırlıq və nitq inkişafı adlı təlim prosesi uşaqların Azərbaycan Dövlət Himninin ifa etmələri ilə baş-ladı. Sonra onlar öyrəndiklərini məharətlə nümayiş etdirdilər, “Y” hərfini öyrəndilər, yol hərəkəti qaydaları ilə tanış oldular. Məlum oldu ki, artıq uşaqlar xeyli şeir, tapmaca bilirlər. Onlar məktəbə müəyyən biliklərlə qədəm qoyacaqlar. Xüsusilə Zərifənin, Nəzrinin, Həsənin, Arizin, Fəriənin, Ömərin fəallığı hamı tərəfindən bəyənildi.
Körpələr evi-uşaq bağcasının müdiri Mahirə Quliyeva dedi:
––Bağçamızda 6 qrup var. Təcrübəli işçilər öz biliklərini gənclərə həvəslə öyrədirlər. Səmimi və mehriban bir şəraitdə çalışırıq.
Sonda qeyd edim ki, valideynlər məktəbəqədər hazırlıq qru-punun digər tərbiyəçisi Gözəl Nuriyevadan və tərbiyəçi köməkçisi Mənzər Heydərovadan da razılıq edirlər.
-
27Noy
Müəllif: Redaktor, 14:36