Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq Tərtər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mü
dafiə məşqi keçirilib.
Məşqə Tərtər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, qaz-qəza, enerji-qəza, su-qəza texniki qrupları, rabitə qəza-bərpa dəstəsi, rayon səhiyyə şöbəsinin həkim və təcili yardım maşınları, GEM və Baytarlıq idarəsinin epidemioloji kəşfiyyat qrupu, ərazi xilasetmə, ərazi kəşfiyyat dəstələrinin şəxsi heyətləri və texnikalar cəlb olunmuşdur.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov qeyd edib ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Düşmənin bir addımlığında ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir. Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənəd-lərin tələblərinə əməl olun-masının, rabitə və xəbərdarlıq sistemlərinin vəziyyətinin, fövqəladə hadisələr təhlükəsi baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının yoxlanılmasıdır.
Məşqin gedişinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi tərəfindən baxış keçirilib.
Məşq zamanı rayon ərazi qüvvələrinin qarşılıqlı fəaliyyəti təşkil edilib, qoyulmuş məqsədlərə nail olunub.
-
11Dek
Müəllif: Redaktor, 10:48
Teqlər: Xəbərlər