Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttinin Tərtər rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində təxribat törətməyə cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. Daha ətraflı »
-
07AprXəbərlər ŞƏHİD ELŞAD ABBASZADƏNİN ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİYİ “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI AİLƏSİNƏ TƏQDİM OLUNUB üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
07AprXəbərlər TƏRTƏRLİLƏR ORDUMUZUN ZƏFƏRİNİ ALQIŞLAYIRLAR üçün şərhlər bağlıdır
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Tərtər rayon fəallarının yığıncağı keçirilmişdir. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri bildirmişdir ki, Tərtər rayonu düşmənlə 48 km təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulmuşdur. Ordumuz düşmənə layiqli cavabını vermişdir.
Gedən döyüşlərdə aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəymişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər TƏRTƏRLİLƏR 31 MART–AZƏRBAYCANLILARIN SOYQIRIMI ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETDİLƏR üçün şərhlər bağlıdır
Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə 31 mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin 31mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxmışlar. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, onların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı bədnam erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır Daha ətraflı »
Teqlər: Xəbərlər
-
07AprXəbərlər ERMƏNİLƏR DİNC SAKİNLƏRİ HƏDƏF ALIR üçün şərhlər bağlıdır
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşaiyət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər RAYON RƏHBƏRİ MÜSTƏQİM MƏMMƏDOV VƏ MÜDAFİƏ NAZİRLİYİNİN GENERALI RASİM ƏLİYEV YARALILARIN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR üçün şərhlər bağlıdır
Aprelin 4-də erməni silahlı qüvvələrinin artilleriyasının atdığı “Qrad” mərmiləri rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşmüşdür. Nəticədə hər iki evə ciddi ziyan dəymişdir. Kənd sakini 1984-cü il təvəllüdlü Mehbarə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva müxtəlif bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin generalı Rasim Əliyev Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olmuşlar. Hazırda xəstələrin vəziyyəti orta ağırdır.
***
Erməni terrorçularının hücumları tərtərliləri nəinki qorxutmuş, əksinə, hər kəsin vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29MarXəbərlər MİLLİ QƏHRƏMANIN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır
Rayonumuzda Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nü-mayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə də onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18MarXəbərlər TƏRTƏRLİLƏR DƏ İDEA İCTİMAİ BİRLİYİNİN TƏŞƏBBÜSUNƏ QOŞULUBLAR üçün şərhlər bağlıdır
Ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü tərtərlilər tərəfindən də geniş dəstəklənir.
Bu münasibətlə keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayonun digər sakinləri iştirak etmişdirlər. İlk növbədə, ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. “Tərtər-Bərdə,” “Tərtər-Ağdam” avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Nizami, Elman Hüseynov, Ə.Paşayev, Mahir Əsədov küçələrində əsasən rayonda yetişdirilən, yerli təbiətə uyğunlaşdırılmış müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacların suvarılmasına su maşınları cəlb edilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur. Daha ətraflı »Teqlər: Xəbərlər
-
09MarXəbərlər Qadınlara həsr olunmuş bayram tədbiri üçün şərhlər bağlıdır
Bayramsayağı bəzədilmiş “Asiman” şadlıq sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi. Rayonumuzun 52 minə yaxın qadınlar ordusunu burada şəhid anaları, ağbirçəklər, əməkdə və ictimai işlərdə fərqlənən qadınlar təmsil edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ana və bacıları 8 Mart–Qadınlar Günü münasibəti ilə təbrik etdi. O göstərdi ki, Azərbaycan qadınlarının cəmiyyətimizdə qazandıqları yüksək mövqe, müxtəlif sahələrdə fəth etdikləri zirvələr bizim qürur mənbəyimizdir. Sürətlə qloballaşan dünyamızda qadınlar gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
09MarXəbərlər Səyyar görüş–qəbul üçün şərhlər bağlıdır
Lazımi tapşırıqlar verildi
Rayon icra hakimiyyəti başçısının növbəti görüş-qəbulu Bəyimsarov kəndində keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov bildirdi ki, kəndin ərazisi 2929 hektar, təsərrüfatların sayı 624-dür. Əhalinin sayı 2808 nəfərdir. O cümlədən kənddə 400 ailədə 1350 nəfər məcburi köçkün məskunlaşıb.
Kənd sakinləri həm əkinçiliklə, həm də maldarlıqla məşğul olurlar. Burada malqaranın sayı 1068 baş, qoyun-keçilərin sayı 2428 baş, quşların sayı 10 min 500 -dən çoxdur.
Görüş-qəbula gələn kənd sakinlərindən Vaqif Əliyev və Meydan Şabanov çıxışlarında son zamanlar rayonumuzda görülən quruculuq-abadlıq işlərindən məmnun qaldıqlarını söyləmiş, bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07MarXəbərlər Ümumdünya Mülki Müdafiə Günü üçün şərhlər bağlıdır
Müdafiə təlimləri
Rayonumuzda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov açdı. Sonra söz məktəbdə mülki müdafiə qərargahının rəisi Günay Cəfərovaya verildi. O, “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda məruzə etdi.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir.
Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Beynəlxalq MM Təşkilatının əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, mülki mü-dafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar