ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ
İNSANLARA NUR BƏXŞ EDƏN İNSAN

Sarıcalı kənd tam orta məktəbində görkəmli alim, unudulmaz ana, xeyirxah insan, etibarlı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın doğum günü böyük sevgi və minnnətdarlıq hissi ilə qeyd olunub. Tədbiri açan məktəbin direktor müavini Vəsilə Mehdiyeva deyib: “Zərifə xanım Əliyevanın adı çəkilərkən, ilk növlədə işıq sözü xatırlanır. İşıq isə həyat deməkdir. Zərifə xanım da öz əlləri ilə insanlara işıq, nur bəxş edirdi. Böyük ürək sahibi olan bu qadın insanlara Günəşi, rəngləri, təbiəti, mavi səmanı bəxş etmək üçün yaranmışdı”.
Məktəb proyektorunun vasitəsilə ilə ekranda canlanan və böyük bir məhəbbətin tarixini əks etdirən şəkillər və səsləndirilən “Ana” mahnısı hamını duyğulandırıb. Daha ətraflı »


Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, icra hakimiyyətinin, Fondun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Saatlıda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində nitqindən irəli gələn vəzifələrlə əlaqədar ADAU-nun növbəti tədbiri rayonumuzda keçirildi.
Tərtər rayon Mərkəzləşmiş Kitabxana Sisteminin mərkəzi və şəhər kitabxanalarının işçiləri aprel döyüşlərində şəhid olmuş həmyerlimiz İsgəndərov Nicat Bəhruz oğlunun xatirəsini yad ediblər.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, daxili işlər, səhiyyə, təhsil nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə Tərtərdə təlim-məşğələ keçirilib. Burada müvafiq dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması önə çəkilib, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə kütləvi idman və bilik yarışlarının keçirilməsinin zəruriliyi barədə məlumatlar verilib, həmçinin təlim iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb və mövzu ətrafında geniş diskussiyalar aparılıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Əvvəlcə rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxılıb. Sonra Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə YAP Tərtər Rayon Təşkilatı təhsil şöbəsi ilə birgə rayonun ümumtəhsil məktəblərinin doqquzuncu sinif şagirdləri arasında ötən ilin 4 günlük aprel savaşında Azərbaycan Ordusunun mənfur erməni qəsbkarlarının törətdikləri fitnəkarlığa qarşı vuruşaraq əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş “Rəşadətli Azərbaycan Ordusu” mövzusunda inşa-yazı müsabiqəsi keçirdi.
Tərtər Rayon İcra Hakimiyyəti İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə rayonun ərazisində yerləşən “N” saylı hərbi hissədə Novruz şənliyi keçirib.
Yeni ismarıclar