
Mətbuata qayğı və diqqət Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri siyasətin əsas xəttini təşkil edir. Milli Mətbuat Günü ərəfəsində və bayram günündə jurnalistlərimiz ölkə başçısının qayğısını xüsusilə hiss etdilər. Prezidentin sərəncamı ilə media nümayəndələrinə pulsuz mənzillərin paylanması, Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-yə mətbu orqanlara köməklik məqsədi ilə 1 milyon manat pul ayrılması, bir qrup jurnalistin diplom və mükafata layiq gö-rülməsi cəmiyyətimizdə müsbət qarşılandı.
Bayram günündə bizim redaksiyamızda da yüksək əhval-ruhiyyə hökm sürürdü. Kollektivimizi təbrik etməyə Tərtər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Ramiz Şabanov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov və aparatın işçisi Fəridə Qurbanzadə gəlmişdilər. Daha ətraflı »
-
28İylXəbərlər QƏRƏZSİZ, SAĞLAM VƏ MARAQLI QƏZET üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
20İylXəbərlər MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB üçün şərhlər bağlıdır
“Saf həyat naminə” Gənclər İctimai Birliyi iki gün ərzində tərtərli qadınlar arasında “İşgüzar ol, həyatını qur!” mövzusunda maarifləndirici tədbir keçirib. “Dəyirmi masa” ətrafında aparılan söhbətlərdə rayonumuzun fəal, işgüzar qadınları iştirak ediblər.
Layihənin rəhbəri Nailə İsmayılova bu sahədə onlara geniş məlumat verib. O deyib ki, həyatda qabiliyyətsiz insan yoxdur, öz yerini tapa bilməyən insan var. Buna görə də cəmiyyət hər kəsə öz yerini tapmaqda, peşə seçimində yardımçı olmalıdır. Peşə seçərkən əmək bazarında həmin peşəyə olan mövcud tələbat mütləq nəzərə alınmalıdır.
İnsanın gələcək həyatında onun düzgün peşə seçiminin xüsusi əhəmiyyəti var. Dünyada 240 minə yaxın peşə növü olduğundan, hər kəs məhz öz təbiətinə yaxın olan peşəni seçə bilər.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Tünarə Məmmədzadə, təhsil şöbəsinin işçisi Nigar Məstəlizadə, Borsunlu kənd tam orta məktəbinin direktor müavini Aytən Əliyeva, Bayandur kənd ibtidai məktəbin direktoru Natella İbrahimova fəal iştirak ediblər. Onlar bir daha bildiriblər ki, peşə seçimi insanın həya-tında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə də bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
20İylXəbərlər Redaksiyada xatirə günü üçün şərhlər bağlıdır
UNUTSAQ, UNUDULARIQ
Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində redaksiyamızda mərhum jurnalist, “Tərəqqi” medalı mükafatçısı, bir çox kitabın müəllifi, “Xocalının səsi” qəzetinin keçmiş redaktoru Qasım Qırxqızlının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Qəzetimizin baş redaktoru Tofiq Yusifin təklifi ilə dünyasını dəyişmiş milli mətbuat fədailərinin, həmçinin Qasım Qırxqızlının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Tofiq Yusif unudulmaz qələm dostunun yaradıcılığından, onun vətən həsrətindən, “Xocalının səsi” ilə birlikdə yaşadığı didərginlik həyatından bəhs etdi.
Tədbirdə iştirak edən “Xocalının səsi” qəzetinin keçmiş məsul katibi, Azərbaycan Jurnalistlər İttifaqının və Mətbuat Şurasının üzvü, “Qızıl Qələm” mükafatı laureatı, gözəl şairə Mahirə İsbiqızı mərhum jurnalistin milli jurnalistikamızın inkişafındakı xidmətlərindən danışdı. Qasım Qırxqızlının gözəl insan, peşəkar jurnalist, işıqlı ziyalı olduğunu qeyd etdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10İylXəbərlər RESPUBLİKA XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
COCUQ MƏRCANLIDA ƏLAVƏ 100 EVİN TİKİNTİSİNƏ BAŞLANILIR
Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.
Burada aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.
17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.Teqlər: Xəbərlər
-
10İylXəbərlər ANLAŞMA MEMORANDUMU İMZALANIB üçün şərhlər bağlıdır
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales imzalayıblar.
Anlaşma Memorandumunun imzalanması iyulun 5-də Bakıda keçirilən “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsinin açılış mərasimində baş tutub.Teqlər: Xəbərlər
-
10İylXəbərlər ÖTƏN İL AZƏRBAYCANDA 1,6 MİLYON TON BUĞDA İDXAL OLUNUB üçün şərhlər bağlıdır
2016-cı ildə Azərbaycana 1,6 milyon ton buğda idxal olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov deyib.
O bildirib ki, həmçinin bundan əlavə yerli istehsalçılar tərəfindən ümumilikdə 1 milyon 854 min ton buğda istehsal olunub.Teqlər: Xəbərlər
-
10İylXəbərlər 2,2 MİLYON TON AZƏRBAYCAN NEFTİ NƏQL OLUNUB üçün şərhlər bağlıdır
2017-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 milyon 174 min 287 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin iyun ayında BTC kəməri ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.Teqlər: Xəbərlər
-
10İylXəbərlər ERMƏNİSTAN IN TƏXRİBATÇI ƏMƏLLƏRİ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANIB üçün şərhlər bağlıdır
Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.Teqlər: Xəbərlər
-
10İylXəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
SAKİNLƏR S EVİNƏCƏKLƏR
Şəhərimizdə 18 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılır. Yaxın günlərdə daha 24 belə binada təmirə başlanılacaq. Sakinlər görülən işlərdən razılıq edirlər.Yay tətili günlərində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərdə təmir işlərinə başlanılıb. Vaxtdan səmərəli istifadə etməklə, bu işləri yeni dərs ili başlananadək başa çatdırmaq nəzərdə tutulub.
Teqlər: Xəbərlər
-
10İylXəbərlər KÜÇƏLƏR ASFALTLANIR üçün şərhlər bağlıdır
Tərtərin küçə və meydanları günü-gündən abad-laşır. Bu işdə yolçəkənlərin də xüsusi zəhməti var. Hazırda şəhərin Mehdi Hüseynzadə küçəsinə asfalt örtük salınır. M.F. Axundov və onun kiçik qolu olan Zeynəb Əhmədova küçələri də asfaltlanacaq.Teqlər: Xəbərlər


Yeni ismarıclar