Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Yan
    Kənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı prioritet məsələdir üçün şərhlər bağlıdır

    wp_001538-1dsc_6444-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cRespublikamız müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatı geniş inkişaf etməkdədir. Torpaqlarımızın paylanması bu inkişafı daha da sürətləndirdi. Başqa sahələrlə bərabər dənli taxıl bitkilərinin də kənd təsərrüfatında əvəzolunmaz rolu vardır. Son illərdə Dünya inkişaf Bankının Azərbaycanın kənd təsərrüfatına qoyduğu investisiyalar nəticəsində taxılçılığın inkişaf etdirilməsinə əlverişli şərait yaranmışdır. Taxılçılığın inkişaf etdirilməsi üçün dənli taxıl bitkilərinin yeni, intensiv tipli sortların yaradılması da əsas amillərdən biridir.
    Bu işdə seleksiya və seleksiyaçıların əvəzedilməz rolu vardır.
    Seleksiya yeni heyvan və bitki növlərinin yaradılaraq kənd təsərrüfatına tətbiqini həyata keçirir. Seleksiya bitki və heyvanların genetik tərkibini insanların tələbatına uyğun dəyişmək üçün inkişaf istiqamətlərini hazırlayır. Bu proses təbiətdə növlərinin təkamülü kimi eyni qanunlara tabe olan təkamül formasıdır, lakin təbii seçmə qismən süni seçim ilə əvəz olunur. Seleksiya dünya əhalisinin qida təminatında mühüm rol oynayır.
    Yeni məhsuldar bitki növlərinin və heyvan cinslərinin yaradılması kənd təsərrüfatında və sənayedə istehsalın artmasını və inkişafını təmin edən əsas faktorlara çevrilmişdir. Məsələn, yatmaya davamlı sortların yaradılması, texniki yığıma uyğunlaşmış pomidor sortları, istixanalarda yetişdirilmək üçün yaradılmış meyvə və tərəvəz sortları kənd təsərrüfatının mexanikləşdirilməsi üçün böyük rol oynayır. Daha ətraflı »

    Teqlər: