Erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Tərtər rayonuna xeyli ziyan dəyib.
Tərtər Rayon İcra Hakimiyyətindən bildirirlər ki, erməni silahlıları tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 22, Ağkənd kəndində 5, Çaylı kəndində 8, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 2, Düyərli kəndində 2, Qapanlı kəndində 51, Yuxarı Qaradağlı kəndində 47, Qaraağacı kəndində 19, Seydimli kəndində 1 olmaqla, 192 fərdi yaşayış evinə ziyan dəyib. Bunlardan 26 ev tamamilə dağılıb, 124 evin dam örtüyü, qapı-pəncərə blokları və pəncərə şüşələri sıradan çıxıb, 42 evin divarında çatlar əmələ gəlib. 46 yardımçı tikili yararsız vəziyyətə düşüb. Qaraağacı kəndindəki tam orta məktəb binasının divarı, dam örtüyü, qapı-pəncərə blokları və Qapanlı tibb məntəqəsinin pəncərələri də sıradan çıxıb. Daha ətraflı »
-
18AprXəbərlər TƏRTƏR RAYONUNA DƏYMİŞ ZƏRƏR ARADAN QALDIRILIR üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
18AprXəbərlər XARİCİ MEDİA NÜMAYƏNDƏLƏRİ CƏBHƏ BÖLGƏSİNDƏ üçün şərhlər bağlıdır
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. Qrupun tərkibinə “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komso-molskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.
Xarici jurnalistlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, cəbhə xəttindəki vəziyyətlə maraqlanıblar.
Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən Lələtəpə yüksəkliyini kənardan müşahidə ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər PREZİDENT İLHAM ƏLİYEV: BİZ BÖYÜK HƏRBİ QƏLƏBƏNİ QAZANDIQ üçün şərhlər bağlıdır
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyev deyib:
– Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur.
Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar.
Həlak olanların xatirəsi iclasda bir dəqiqəlik sükutla yad edilmişdir.
Fikrini davam etdirən ölkə başçısı bildirib ki, “bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır”. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər CƏBHƏDƏ VƏZİYYƏT GƏRGİNLƏŞDİ: ERMƏNİLƏR HÜCUMA KEÇDİ; ÖLƏN VƏ YARALANANLAR VAR . AZƏRBAYCAN ORDUSU LAYİQLİ CAVAB VERDİ üçün şərhlər bağlıdır
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əkshəmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər TƏRTƏRİN DAHA BİR QƏHRƏMAN OĞLU ŞƏHİD OLDU üçün şərhlər bağlıdır
Aprelin 2-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Tərtərin daha bir qəhrəman oğlu- “N” saylı hərbi hissənin giziri İsgəndərov Nicat Bəhruz oğlu aprelin 3-də doğulduğu Tərtər şəhərində torpağa tapşırıldı.
Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Tərtər Rayon İcra Hakimiyyətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və Milli Məclisin deputatı Sahib Alıyev iştirak etdilər.
Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov və digərləri çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Nicat İsgəndərovun xatirəsinin tərtərlilərin qəlbində həmişə yaşayacağını bildirdilər.
Dəfn mərasimində şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirdi.Teqlər: Xəbərlər
-
07AprXəbərlər ŞƏHİD ELŞAD ABBASZADƏNİN ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİYİ “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI AİLƏSİNƏ TƏQDİM OLUNUB üçün şərhlər bağlıdır
Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttinin Tərtər rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində təxribat törətməyə cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər TƏRTƏRLİLƏR ORDUMUZUN ZƏFƏRİNİ ALQIŞLAYIRLAR üçün şərhlər bağlıdır
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Tərtər rayon fəallarının yığıncağı keçirilmişdir. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri bildirmişdir ki, Tərtər rayonu düşmənlə 48 km təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulmuşdur. Ordumuz düşmənə layiqli cavabını vermişdir.
Gedən döyüşlərdə aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəymişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər TƏRTƏRLİLƏR 31 MART–AZƏRBAYCANLILARIN SOYQIRIMI ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETDİLƏR üçün şərhlər bağlıdır
Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə 31 mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin 31mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxmışlar. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, onların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı bədnam erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır Daha ətraflı »
Teqlər: Xəbərlər
-
07AprXəbərlər ERMƏNİLƏR DİNC SAKİNLƏRİ HƏDƏF ALIR üçün şərhlər bağlıdır
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşaiyət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər RAYON RƏHBƏRİ MÜSTƏQİM MƏMMƏDOV VƏ MÜDAFİƏ NAZİRLİYİNİN GENERALI RASİM ƏLİYEV YARALILARIN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR üçün şərhlər bağlıdır
Aprelin 4-də erməni silahlı qüvvələrinin artilleriyasının atdığı “Qrad” mərmiləri rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşmüşdür. Nəticədə hər iki evə ciddi ziyan dəymişdir. Kənd sakini 1984-cü il təvəllüdlü Mehbarə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva müxtəlif bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin generalı Rasim Əliyev Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olmuşlar. Hazırda xəstələrin vəziyyəti orta ağırdır.
***
Erməni terrorçularının hücumları tərtərliləri nəinki qorxutmuş, əksinə, hər kəsin vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar