Prokurorluq işçilərinin peşə bayramı günü əvvəlcə rayonun mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzuladı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunlarımızın aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir. Daha ətraflı »
-
11OktXəbərlər PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
11OktXəbərlər SƏHİYYƏ NAZİRİ OKTAY ŞİRƏLİYEV TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Səhiyyə naziri Oktay Şirəliyev Tərtər Mərkəzi Rayon Xəstəxanasında Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayon sakinlərini qəbul edib.
Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin mü
vafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
Bəzi məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
11OktXəbərlər “QƏHRƏMAN TƏRTƏR” FİLMİNİN TƏQDİMATI üçün şərhlər bağlıdır
“Dünya” Müstəqil Televiziya Şirkəti tərəfindən Tərtər oğullarının Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Qəhrəman Tərtər” filminin təqdimatı olub.
Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra filmin rejissoru və ssenari müəllifi Elşən Qəniyev film haqqında məlumat verib.
Filmin təqdimatından sonra ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Dünya” Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynov, əməkdar artist Azad Şükürov çıxış edərək Tərtərli gənclərin vaxtı ilə Tərtər özünümüdafiə bataliyonunda vuruşmuş igidlərimizin qəhrəmanlıq və döyüş şücaətlərinə sadiq olduqlarını, bunu aprel döyüşlərində bir daha sübut etdiklərini bildirib, filmin çəkilişi üçün göstərdiyi dəstəyə görə rayon rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
11OktXəbərlər ŞURA İCLASI üçün şərhlər bağlıdır
YAP rayon təşkilatının Şura iclası oldu.
İclasda YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov məruzə etdi. Göstərdi ki, bu il Azərbaycan dövlətçiliyinin və xalqının həyatında önəmli rol oynayan, müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında, tarixi zərurətin tələblərindən irəli gələn bir siyasi təşkilatın – Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam olur.
Sonra Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən bu günümüzədək göstərdiyi səmərəli fəaliyyətdən, müasir Azərbaycan dövlətinin inkişafında oynadığı əvəzolunmaz roldan, partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin sürətli inkişafından danışdı.
Sonra Ramiz Şabanov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar 27 oktyabr 2017-ci il tarixdə təntənəli tədbir keçiriləcəkdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
11OktXəbərlər CƏBHƏ BÖLGƏSİNİN NEFTÇALALI QONAQLARI üçün şərhlər bağlıdır
“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri yenidən cəbhə bölgəsi olan Tərtər torpağında rayonumuzun fəal qadınları ilə görüşüblər. Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində “Dəyirmi masa” ətrafında söhbət ediblər.
Tədbir iştirakçıları rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Nicat İsgəndərovun valideynləri ilə də görüşüb, onlara hədiyyələr təqdim ediblər.
Sonra isə “N” saylı hərbi hissədə olublar. Onlar hərbçilərlə çay süfrəsi arxasınada əyləşərək, hədiyyələr təqdim ediblər. Əsgərlərə Neftçala məktəblilərinin məktubları paylanıb, müəllim və şagirdlərin ifasında vətənpərvərliyə həsr olunmuş şeirlər dinlənilib. Görüş Tərtər məktəblisi Aytac Süleymanzadənin oxduğu “Qarabağ şikəstəsi” ilə başa çatıb.
Neftçalalılar rayonumuzdan xoş təəssüratla ayrılıblar.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
11OktXəbərlər GÖSTƏRİLƏN QAYĞIDAN DANIŞDILAR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Müharibə veteranı və əlillərin sosial müdafiəsinə yardım” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirib. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlilləri və rayon gənclərininn nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29SenXəbərlər PAMBIQ YIĞIMI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Pambıq yığımı ilə əlaqədar pambıqçıların müşavirəsi keçirildi.
Tədbirdə aidiyyəti idarə, müəssisə və təşkilatların pambıq qəbulu məntəqələrinin təmsilçiləri, pambıq istehsalçıları, fermerlər, keçmiş qabaqcıl pambıqçılar, sürücü-mexaniklər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov pambıqçılığın inkişafına dair ölkə rəhbərinin respublikamız üçün çox mühüm sahə olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu bildirdi. Rayon rəhbəri kənd təsərrüfatının strateji məhsulu olan pambığın gələcəkdə əkin sahələrinin genişləndirilməsinin və bu sahədə keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı. Müşavirədə pambıqçılığın həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirməsi qeyd olundu. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
29SenXəbərlər “OXUYAQ, OXUDAQ” AKSİYASI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, “İl boyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq” aksiyası keçirir. Aksiyanın məqsədi müxtəlif sahələrdə çalışan insanlara, sadə peşə sahiblərinə kitab hədiyyə etməklə əhalidə kitaba maraq yaratmaqdır.
Tərtər rayonunda fəaliyyət göstərən Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərlinin təşkilatçılığı ilə könüllülər “Oxuyaq, oxudaq” aksiyasına qoşulublar.
Tərtərli yazar Svetlana Əzizova öz şəxsi kitabxanasından Bilik Evinə 50 kitab hədiyyə edib. İki gün-19-20 sentyabr tarixlərdə keçirilən aksiyada Bilik Evinin könüllüləri tərəfindən həmin kitablar müxtəlif məkanlarda rayon sakinlərinə paylanılıb.
“Oxuyaq, oxudaq” askiyası rayon ziyalılarında maraq oyadıb, şair-puplisist Tofiq Yusif, Qədir Tərtərli, şəxsi kitabxanasında 12 mindən çox kitab olan Rauf Həsənzadə də bu aksiyaya qoşulublar. Gələn həftə “Oxuyaq, oxudaq” aksiyası yerli yazarlardan ibarət könüllülərin Bilik Evinə hədiyyə etdikləri kitablarla davam etdiriləcək.Teqlər: Xəbərlər
-
29SenXəbərlər BARIT QOXULU TORPAĞIN QADINLARI İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin üzvləri barıt qoxulu Tərtər torpağında rayonun fəal qadınları ilə görüşüblər.
“Dəyirmi masa” ətrafına toplaşan hər iki rayonun nümayəndələri səmimi bir şəraitdə Azərbaycan qadınlarını narahat edən məsələlər barədə danışıblar.
Birliyin sədri Gülqədəm Mirzəzadə fəaliyyətlərinin əsas məqsədi barədə ətraflı məlumat verib.
“Cəbhəyani bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər” layihəsi çərçivəsində fəal Tərtər qadınlarının təklifləri dinlənilib.
Rayonumuzun fəal qadınlarından Səlimə Yusibova, Fitat Əliyeva, Aybəniz Məmmədova, Zəhra Əliyeva, Gülxar Abbasova, Kəmalə Yaqubzadə, Gülüstan Əhmədova cəbhə bölgəsində yaşayan qadınların həyatından söhbət açıblar.
“Dəyirmi masa”nın sonunda tədbir konsert proqramı ilə davam etdirilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
20SenXəbərlər “AÇIQ HÖKUMƏT”İN TƏŞVİQİ VƏ ELEKTRON XİDMƏTLƏRDƏN İSTİFADƏNİN ARTIRILMASINA DƏSTƏYİN TƏŞKİLİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR üçün şərhlər bağlıdır
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər rayonunda məlumatlandırma sessiyası keçirib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açıb.
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov layihə haqqında iştirakçılara məlumat verib. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar