20Sen
SÜLH İNKİŞAFIN ƏSAS TƏMƏLİDİR
Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır–Sülh! Sülh–əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh–azadlıq, bərabərlik və ədalətdir. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sabit şəraitdə yaşamalı olan insanlar bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.
1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Daha ətraflı »
Teqlər: Digər
10Sen
Satqınlığın anatomiyası
Hələ də öz doğma adlarına qayıtmayan ərazilərimiz var.
1935-ci ildən bu yana nəzər salsaq görərik ki, Aykakan Sovetakan Sosialistakan Anrapetutyun Ali Sovetinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə nə qədər kəndin adı tarixdən silinmiş, erməniləşdirilmişdir. Daha ətraflı »
Teqlər: Digər
30Avq
Prezident İlham Əliyevin Tərtərə hər səfəri yeniliklərlə yadda qalır. 2006-cı il martın 1-də Tərtərə ilk dəfə Prezident kimi səfər edən cənab İlham Əliyev deyib: “Bu, mənim Tərtərə ilk gəlişimdir. Mən Tərtər rayonunda olmamışdım. Bu gün çox şadam ki, buradayam. Əminəm ki, bundan sonra tez-tez gələcəyəm. Həmişə sizinlə birlikdə olacağam”.
Məhz bu səfərdən sonra Tərtərin tarixində yeni dövr başlandı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayon mərkəzində və kəndlərdə geniş tikinti-quruculuq işləri vüsət aldı. Bu dövrdə ilk növbədə infrastruktur layihələrin icrasına diqqət yetirildi. Daha ətraflı »
Teqlər: Digər
30Avq
Bilirik ki, Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərini bəzəyir. Onu da bilirik ki, xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsusdur. Son illər bu sahəyə dövlət səviyyəsində daha böyük qayğı göstərilir.
İndi Tərtər şəhərinin Nizami küçəsində də “Azərxalça” ASC tərəfindən xalça istehsalı emalatxanasının tikintisinə başlanmışdır. Bu məqsədlə 0,42 hektar torpaq sahəsi ayrılıb. Emalatxana istifadəyə veriləndən sonra burada 180 nəfər qadın çalışacaq. Bu xəbər tərtərli qadınlarla yanaşı, rayonumuzda məskunlaşan qaçqın və məcburi köçkün ana və bacılarımızı da çox sevindirib. Axı onların da arasında bu qədim peşənin sirlərinə dərindən bələd olanlar var.
Öyrənmişik ki, inşaat işləri ilin sonunadək başa çatdırılacaq. Bu, o deməkdir ki, qızlarımız Tərtər şəhərində toxunan xalçalardan da cehiz aparacaq, evlər, muzeylər bəzənəcək.
Nigar ƏMRAHOVA,
Tərtər şəhərinin sakini
“Azərbaycan”
Teqlər: Digər
30Avq
QUBADLI HƏSRƏTİ SƏNGİMİR Kİ…
(RƏFİQƏM SVETLANAYA MƏKTUB)
Mənə Qubadlıdan danış, xatirələrini dilə gətir, deyən qələm yoldaşım, jurnalist bacım Svetlana, Qubadlı mən deməkdir, bütün hüceyrələrim, beyin toxumalarım, damarlarım Qubadlıyla dop-doludur, nədən danışım, nəyi yada salım? 25 il keçdi, amma yurd həsrətim, yanğım heç səngimədi. Təbiətin səxavətlə gözəllik bəxş etdiyi, torpağının altı da, üstü də xəzinə olan, havası məcun, suyu zəmzəm yurdumu elə görmək istəyirəm ki. Razıyam, ayağımı o torpağa basdığım, havasını ciyərlərimə çəkdiyim gün həyatımın son günü olsun, amma olsun. Daha ətraflı »
Teqlər: Digər
30Avq
ÜRƏKLƏRİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR
Həyatda sevdiklərimiz çoxdur. Analar, atalar, qardaş-bacılar, övladlar, qohum-əqraba, qonum-qonşu, dost-yoldaş, yaşadığımız doğma ocağımız, kəndimiz, şəhərimiz, dağımız-bağımız, gül-çiçəyimiz və ila-xır. Sevgimizin ən ulusu Allahımıza və vətənimizə aiddir. Allahımız itaət və and ye-rimizdir, vətənimiz isə qürur yerimiz, toxunulmaz-bölünməz məkanımızdır. Harada yaşamağımızdan asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsi ilə qürurlanır. Vətənimiz evimizdən, küçəmizdən, kəndimizdən, şəhərimizdən başlayaraq bütöv ölkəmizlə tamamlanır, doğma Azərbaycan deyilən bir məmləkətə çevrilir. Bu məmləkətin övladları təkcə ölkəmizdə yaşamırlar. Minlərlə soydaşımız xarici ölkələrdə yaşayırlar, ölkəmizin təmsilçisinə çevrilirlər. Daha ətraflı »
Teqlər: Digər
30Avq
Bu yaxınlarda bir evə qonaq getmişdim. Ailədə kiçik yaşlı uşaqlar vardı. Gənc ana nə qədər çalışırdısa, onları sakitləşdirə bilmirdi. Balacalar bir-biriləri ilə aqressiv davranır, tez-tez ağlayırdılar. Bunu görən nənə uşaqları qonşu otağa apardı və bununla da bütün səs-küy kəsildi. Sanki heç bu evdə uşaq yox imiş. Təəccübləndiyimi görən nənə dedi:
–Uşaqlara cizgi filmi qoymuşam, baxırlar. Evdə sakitçiliyi ancaq bu yolla yarada bilirik.
Söhbətimiz bir saatdan artıq davam etdi. Bu müddətdə uşaqlar televizorun qarşısından durmadılar.
Psixoloqlar deyirlər ki, 2-6 yaş arasındakı uşaqlar erkən yaş qrupuna aiddirlər. Bu dövrlərdə əsasən əzələlərin inkişafı başlayır. Ona görə də oyaq olan vaxtlarını onlar oynamaqla keçirməlidirlər ki, həmin oyunlar böyümələrinə və inkişaf etmələrinə səbəb olsun. Daha ətraflı »
Teqlər: Digər
30Avq
Qərib
ÖMÜRLƏRİN FƏRQİ
Elə bil dünənmiş əlli il qabaq,
Ayaqyalın, başıaçıq qaçardıq.
Nə dünya bilirdi onda biz varıq,
Nə də biz dünyadan söhbət açardıq.
Ürək istəyəni söz deyə bilmir,
İsti də, soyuq da keçir ömürdən.
Zaman yaddaşında saxlamaq üçün
Ən gözəl illəri seçir ömürdən.
Nağıl kimi şirin olur hər anı
Andıqca arxada qalan illəri.
Bəzən təəssüflə yad eliyirəm
Saçıma ağ ləpir salan illəri. Daha ətraflı »
Teqlər: Digər
30Avq
Azərbaycanda ilk dəmir yolunun çəklişinə 1878-ci ildə başlanılmış və 20 yanvar 1880-ci ildə başa çatdırılmış, uzunluğu 20 kilometr olan Bakı– Sabuncu–Suraxanı dəmir yolu xətti olmuşdur.
Bu dəmir yolunun çəkilişində əsas məqsəd Bakı limanından neft məhsullarının və eləcə də neft sənayesində çalışan işçilərin daşınması olmuşdur.
* * *
Azərbaycan Respublikası quruda 5 dövlətlə: Şimaldan Rusiya (289 km.), Şimal–Qərbdən Gürcüstan (340 km.), Cənub-Qərbdən Türkiyə (13 km.), Cənubdan isə İranla (618 km.) həmsərhəddir. Şərqdən 825 km məsafədə Xəzər dənizi ilə əhatə olunan Azərbaycan Respublikası 4 dövlətlə: Rusiya, Qazaxstan, İran və Türkmənistanla su sərhəddinə malikdir. Daha ətraflı »
Teqlər: Digər
20Avq
İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
Yeni ismarıclar