Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın dövlət xadimi, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə Xidmətə görə” ordenli, “Əməkdar jurnalist”, onlarla mükafata layiq görülmüş yazıçı-publisist Aqil Abbasın 70 illiyinə həsr olunmuş təbdir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, yazıçı-publisist Aqil Abbas, onun həyat yoldaşı İradə Tuncay, yazıçının nəvələri, şəhid ailələri, qazilər və rayonun ziyalıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində yazıçının kitablarından ibarət sərgiyə baxıblar.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarında keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yazıçını təbrik etmək üçün ilk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri yazıçını 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Aqil Abbasın 70 ildə qazandığı mükafatlar çoxdur: Hələ sovet dönəmində “Ən yaxşı adam” kitabına görə Azərbaycan Komsomolu mükafatı, sonra Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm”, “Məmməd Araz”, “Dan ulduzu”, “Yaddaş”, “Zeynalabdin Tağıyev” mükafatları, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə Xidmətə görə” ordenləri, bunlarla birgə çoxlarına qismət olmayan xalq məhəbbəti, xalq sevgisi qazanıb, ən başlıçası qəlbindəki Vətən həsrətinə, Ağdam nisgilinə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan oğulları 30 ildən sonra son qoyub, işğal altında olan torpaqlarımızı işğaldan azad edib. Daha ətraflı »
Yeni ismarıclar