Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Noy
    Kənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 11.4 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-sentyabr ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 96 milyon 275 min manat təşkil etmişdir. Məhsul buraxılışının 61 milyon 558.5 min manatı və ya 63.9 faizi bitkiçiliyin, 34 milyon 716.5 min manatı və ya 36.1 faizi heyvandarlığın hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 11.4 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 21Noy
    Digər QARABAĞIN İNCİSİ, SƏRSƏNG VADİSİNİN ƏSRARƏNGİZ TARİXİ – UMUDLU KƏNDİ üçün şərhlər bağlıdır

                                                                    BAŞ VERƏNLƏRİ UNUTMAMALIYIQ
    Qafqaz regionu tarix boyu əsrarəngiz təbiəti, gözəl landşaftı, yeraltı və yerüstü sərvəti ilə zəngin, məhz bu səbəbdən təlatümlü, riskli, təhdidli olmuş, terror aktları kimi bəlalara məruz qalmışdır. Müəyyən müddətlər böýük güclərin mübarizə meydanı və mübahisə mövzusu olmuşdur. Qafqaz qlobal dövlətlərin tort qismində bölgü aspekti olduğu üçün şərti olaraq Cənubi Qafqaz, Şimali Qafqaz region ayrımcılığına uğramışdır. Analoji siyasət Koreya, Hindistan, Almaniya və s. dövlətlərin tarixində də öz əksini tapmışdır. Təbii ki, bu siyasət tarixi varisliyi özündə ehtiva edən “Parçala və hökm et!” kimi şüarın tərkib hissəsidir.
    Cənubi Qafqazın hər mənada lider dövləti olan Azərbaycanın tarixi çox şərəfli, şanlı və məğrurdur. Eyni zamanda Vətənimiz çox müsibətli tarixi dalğaların hər birindən müəyyən itkilərlə çıxmış, XXI əsrdə isə əzəli torpaqlarını işgaldan azad edən bir dövlət kimi, mübariz sərkərdəsi İlham Əliyevlə dünya dövlətlərinə nümunə olacaq tarix yazan ölkə kimi qızıl hərflərlə yaddaşlara əbədi həkk olunmuşdu.
    Azərbaycan tarixində isə ən böyük itki Qarabağ olmuşdur ki, artıq tarixi ədalət bərqərar olan bir dövrdə yaşayırıq. Qarabağın incilərindən biri də əsrarəngiz Umudlu kəndidir ki, əhalisi adı kimi ümidlidir, 7-dən 70-dək tarix boyunca hər biri ərazisini qorumaq üçün sinəsini sipər etmişdir.
    Beləliklə, tariximizdə baş verən bu faciəli hadisələri dərindən öyrənərək, onlara siyasi qiymət vermək lazımdır. Zaman-zaman davam edən bu məqsədyönlü və məkrli siyasət dövrümüzə qədər davam etməkdədir. Bütün bunları tətqiq edib xalqa çatdırmaq olduqca vacibdir. Etiraf etmək lazımdır ki, sovetlər dövründə baş verən bu hadisələrin öyrənilməməsi, xalqa çatdırılmaması, təbliğ olunmaması ucbatından uzun onilliklər ərzində başımıza gətirilən faciələrdən, onun səbəblərindən, mahiyyətindən yeni nəsillər az qala xəbərsizdir. Daha ətraflı »

  • 21Noy
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

    Qarabağ

    Artıq azad olundun yad əllərdən sən,
    Sevinir hər qayan, hər daşın sənin.
    Yenidən qoynunda həyat var olur
    Qarabağ elində, obanda sənin.
    Başımız ucadır, alnımız açıq,
    Deyirik Qarabağ azaddır daha.
    Şəhidlərin qanı yerdə qalmadı,
    Deyirik qanınız alındı daha.
    Məğrur xalqım köçür öz obasına,
    Yenidən o yurdu qurur, yaradır.
    Ağlaya-ağlaya çıxan Qarabağ,
    İndi gülə-gülə geri qayıdır.

    Şəhriyar MƏMMƏDZADƏ,
    Əsəd Məmmədov adına
    şəhər 1 saylı tam orta
    məktəbin 11-ci sinif şagirdi

  • 21Noy
    Ədəbiyyat Zəfər nəğməsi üçün şərhlər bağlıdır

    Şükür sənə İlahi,
    Qovuşduq yurdumuza.
    Minnətdarıq, borcluyuq.
    Müzəffər Ordumuza.
    Bizim üçün canından
    Keçən şəhidlərimiz,
    Şəhadət şərbətini
    İçən şəhidlərimiz.
    Ey qəhrəman qazilər,
    Haqqınız ödənilməz.
    Sizintək oğulların
    Yurdu heç vaxt yenilməz
    Möhkəm sıx o yumruğu,
    Ali Baş Komandanım!
    O yumruqda birləşib,
    Vahid Azərbaycanım.
     

    Vətən dağı göynəmir,
    Bağrımızın başında.
    Zəfər marşı çalınır,
    Yurdun hər qarışında.

     

    Qanınızla yuyuldu,
    Paklandı torpağımız.
    Sayənizdə ucaldı,
    Enmədi bayrağımız

     

    Siz tarix kitabını
    Qanınızla yazdınız.
    Qarabağda düşmənin
    Məzarını qazdınız.

     

    O yumruqla düşmənin
    sındırmışıq belini,
    Qoyaq dəmir yumruğun
    Qızıldan heykəlini.
    Asif TALIBOĞLU,
    15 oktyabr 2023

    Xocalıdan meh əsdi.
    Məlhəm oldu yarama.
    Sərsəngim su çilədi,
    Yanan arzularıma.
    Müqəddəs ruhunuzun
    Önündə baş əyirəm
    .Bu şair ürəyimi,
    Sizə gurban deyirəm.
    Qaytardınız Vətənə,
    Bu millətin köçünü.
    Göstərdiniz dünyaya
    Ulu Türkün gücünü.
  • 21Noy
    Digər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Vətənimiz gözəldir

    Müasir tariximizə qızıl hərflərlə yazılan hadisələr çoxdur. Bunlardan biri də 15 oktyabr–Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırmasıdır. Həmin gün hər yerdə olduğu kimi məktəbimizdə və ailəmizdə də bayram kimi qeyd olundu.
    İndi rayonumuzda məskunlaşan keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Biz məktəblilər Qarabağın o dilbər guşələrini əyani surətdə görməsək də, televiziya verilişlərindən tanışıq. Vətənimiz çox gözəldir, indi bu füsunkar yerlər azaddır! Bu hisslər çox qürurvericidir. Biz bu yolda canlarını qurban verən şəhidlərimizi heç zaman unutmayacağıq.

    Hüseyn İSAYEV,
    şəhər 3 saylı
    orta məktəbin şagirdi

  • 13Noy
    Digər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev: “Əgər rəsmi İrəvan bizim sözümüzə baxsaydı, sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı” üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, ikinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı.

    Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.

    Cənab prezident çıxışında vurğulayıb ki, “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Daha ətraflı »

  • 13Noy
    Digər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Prezident İlham Əliyevin cari ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxış edib.

    Cənab prezident çıxışında bildirib ki, ötən il Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişdir. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.

    İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

    Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.

    Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

    Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

    Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Daha ətraflı »

  • 13Noy
    Digər Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir üçün şərhlər bağlıdır

    1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.

    Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.

    1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

    1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub (1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd olmayan hissələrdə). Daha ətraflı »

  • 09Noy
    Digər Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi üçün şərhlər bağlıdır

    İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Bununla yanaşı Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Daha ətraflı »

  • 09Noy
    Digər 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu üçün şərhlər bağlıdır

    44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

    44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. 10 noyabr tarixli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı.

    Regionda yaranmış yeni reallıq. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

    İtirilmiş ərazilər tamamilə qaytarıldı. Münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

    Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

    Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.

    Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi.

    Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir.

    İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.

    Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

    İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.

    Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı.

    Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

    Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar:

    • Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması.
    • Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması.
    • Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.
    • Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması.
    • Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması.
    • “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması.
    • 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması.
    • 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası.