Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek
    Digər Ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 12 dekabr–Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə avtomobil yolunun kənarında və digər ərazilərdə ağacəkmə aksiyası keşirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri iştirak ediblər.
    Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ət-raf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    Aksiya çərçivəsində 200 ədəd eldar şamı, 2000-dən çox müxtəlif növ meyvə ağacları əkilib.

     

  • 20Dek
    Şəhidlər Heç kim unudulmur, heç nə yaddan çıxmır üçün şərhlər bağlıdır

    Şəhid ailələrinin ziyarəti davam edir

    İllər ötsə də, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş oğullar unudulmur. Onlardan biri də I Qarabağ müharibəsi şəhidi Seymur Mobil oğlu Muradovdur.
    Muradov Seymur Mobil oğlu 1970-ci il avqust ayının 28-də Tərtər rayonunun Xoruzlu kənd inzibati ərazi vahidinin Bayandurlu kəndində anadan olub. Orta təhsilini Xoruzlu kənd orta məktəbində aldıqdan sonra 1988-1990-cı illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra “Oktyabr” kolxozunda kolxozçu işləyib. Qarabağ uğrunda müharibə başladıqdan sonra rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi “N” saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1993-cü il dekabr ayının 29-da Ağdərə rayonunun Dəstəgül kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Şəhidin anım günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bayandurlu kəndində onun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıb. Görüş zamanı qeyd olunub ki, Seymur Muradovun və onun silahdaşlarının başa çatdıra bilmədikləri işi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusu başa çatdırdı. Daha ətraflı »

  • 20Dek
    Digər “Heydər Əliyev ili”– 2023 üçün şərhlər bağlıdır

    “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib

    Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, kitab sərgisinə baxıblar.
    Ekskursiyadan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşıblar. Öncə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Daha ətraflı »

  • 20Dek
    Kənd Təsərufatı Pambıqçılıq üçün şərhlər bağlıdır

    Təbiət çətinliklər yaratsa da…

    Ötən ilə nisbətən bu il Tərtər rayonunda pambıq yığımı xeyli gecikib. Bunun bir sıra obyektiv səbəbləri var. Onların arasında ilk sırada cari mövsüm hava şəraitinin pambıqçılıq üçün əlverişsiz keçdiyini göstərmək olar. Yaz aylarında havaların quraq, küləkli keçməsi, ardınca isə dolu düşməsi nəticəsində fermerlər təkrar çiyid səpdilər. Kiçik rəqəm deyildi–ümumilikdə rayon üzrə 269 hektar sahə tamamilə yararsız hala düşmüşdü. Amma digər səbəblər də vardı. Bu, suvarmadakı bir sıra çətinliklərlə bağlı olmuşdu Çiyid səpinindən sonra çətin günlər avqustda – bartoplama aylığında yaşanıb. Həmin vaxt havanın temperaturunun həmişəkindən xeyli yüksək olması bar orqanlarına mənfi təsir göstərdi. Sentyabrda isə mütəmadi yağan yağışlar defolyasiya prosesini gecik-dirdi.
    Beləliklə, cari il rayon üzrə çiyid səpilmiş 2511 hektar pambıq sahəsinin cəmi 2242 hektarında məhsul yetişdi.
    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Arif Behbudov deyir ki, indiyədək MKT “İstehsal Kommersiya“ MMC üzrə 3230.447, “Azərpambıq” MMC üzrə 2708.9 ton məhsul toplanıb. Cəmi rayon üzrə 5939.364 ton pambıq təhvil verilib. Hələlik hər hektarın orta məhsuldarlığı ötən ildəkindən az – 26 sentnerdir. Ötən mövsümdə bu rəqəm 32 sentner olmuşdur. Hazırda məhsul yığımı davam edir. Tərtərli fermerlər məhsulu sonadək toplamaq əzmindədirlər. Daha ətraflı »

  • 20Dek
    Kənd Təsərufatı Torpağa ilboyu qayğı göstərilməlidir üçün şərhlər bağlıdır

    Daha bir il başa çatır. Adətən ilin sonunda hər kəs görülən işləri nəzərdən keçirir, gələcək vəzifəlri planlaşdırır.
    Qeyd etmək istəyirəm ki, çətinliklərə baxmayaraq, ötən mövsüm mənim üçün uğurlu oldu. 4 hektar sahədə pambıq becərmişdim. MKT “İstehsal Kommersiya” MMC ilə müqavilə bağlamışdım. Bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında həyata keçirərək, bol məhsul yetişdirilməsinə nail oldum. Hər hektarın məhsuldarlığı 45.5 sentner oldu.
    Yaxşı deyiblər ki, əkinçinin istirahəti olmur. Torpağa ilboyu qayğı göstərməlisən ki, o da sənə borclu qalmasın. İndi növbəti ilin məhsulu barədə düşünürük.
    Yenə də bu qiymətli məhsulu əkməyi planlaşdırmışam. Pambığın satışından əldə olunan gəlir və dövlətin verdiyi subsidiya ailə büdcəmizi möhkəmləndirir.

    Müşfiq Axundov,
    Qazyan kəndi

  • 20Dek
    Digər YOXLUĞUNA İNANMIRIQ… üçün şərhlər bağlıdır

    Qəfil ölüm daha bir iş yoldaşımızı aramızdan apardı. O, redaksiyamıza 1974-cü ildə orta məktəbi bitirdikdən sonra gəlmişdi. Əvvəlcə rayon qəzeti mətbəəsində, sonra redaksiyanın özündə müxtəlif vəzifələrdə çalışmışdı. 1986-cı il tarixdən 1990-cı ilə qədər rayon XDS İcraiyyə Komitəsində Həddi-büluğa çatmamışların işləri üzrə komissiyanın məsul katibi, 15 iyul 1994-cü il tarixdən 10 iyun 1995-ci il tarixə kimi “Tərtər” qəzetinin redaksiyasında korrektor, 1995-ci ildən 2006-cı ilə kimi Tərtər taxıl qəbulu müəssisəsində kadrlar üzrə böyük inspektor, 2006-cı ildən 2007-ci ilə kimi CTS AQRO MMC-nin Tərtər pambıq qəbulu məntəqəsində mühasib vəzifələrində işləmişdi.
    2013-cü ilin iyun ayında Elfuzə xanım yenidən doğma ocağa–redaksiyamıza qayıtmış və burada fəaliyyətini davam etdirmişdi. İşinə böyük məsuliyyətlə yanaşan insan idi.
    Yaradıcılığının ən önəmli hissəsi Qarabağ mövzusuna həsr olunub. Özü də ürəyində şəhid yarası gəzdirən Elfuzə xanım şəhidlərimiz haqqında bir çox tarixdə yaşayacaq yazıların müəllifidir, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi şəhidlərinin. Onun iş otağından tez-tez qazilərimizin səsi gəlirdi. Onları saatlarla dinləyir, sonra eşitdiklərini sanki özü də yaşayaraq qələmə alırdı. Qəzetimizdə imzası ilə dərc olunan son yazısı da elə qazi haqqındadır. Bu yazılardan biri hələ kompüterin yanında yazılacağını gözləyir, üçüncü qazi ilə söhbəti isə yazılmamış qaldı. Bu dərdləri də öz dərdlərinə əlavə edərək ürəyində apardı.
    O, gənclik illərindən beləydi: çox çılğın, heç nəyə biganə qala bilməyən, sözün düzünü deməkdən çəkinməyən bir insan. Hamını düşünürdü, qohumu da, yadı da. Hamıya bacardığı qədər kömək etməyə çalışırdı… İndi yoxluğu hər yerdə bilinir.
    Allah rəhmət eləsin!

    “Yeni Tərtər”

  • 20Dek
    Qazilərimiz ÖLÜMDƏN DÖNƏNLƏR üçün şərhlər bağlıdır

    Vətənə qüsursuz xidmət edən igid

    44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən, ölüm-qalım savaşında şücaətlə döyüşən igidlərimizdən biri də Elşad Orucovdur. O, ölümdən dönənlərdəndir. Bu günlərdə redaksiyada Elşadla görüşüb döyüş yolu barədə söhbət etdik. Öyrəndim ki, cəsur döyüşçü 1985-ci il 19 apreldə Zolgəran kəndində anadan olub. Orta təhsilini Zolgəran ümumi və Söylən kənd tam orta məktəblərində alıb. 2023-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Xızı rayonunun Yasma qəsəbəsində keçib. Kiçik çavuş rütbəsi ilə xidmətini başa vurub. Sonra 4 il sürücü işləyib. Müddətdən artıq xidmət etmək məqsədi ilə 2007-ci ildə Qaraheybət təlim-tədris mərkəzində 3 ay kurs keçib. 2008-ci ilin yanvar ayından piyada komandasında manqa komandiri kimi müddətdən artıq xidmətə başlayıb. Onun xidmət fəaliyyəti Tərtər, Xızı, Gəncə, Göranboy, Mingəçevir, Ağdam hərbi hissələrində keçib. Aprel döyüş-lərində Seysulan istiqamətində düşmən postunda 2 gün mühasirədə qalıb. Atəşkəs elan olunduqdan sonra mühasirədən çıxmağa müvəffəq olub. Müddətdən artıq xidməti zamanı zabit heyətinin tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışıb. Ona görə də Elşadın bu xidməti diqqətdən yayınmayıb. Dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılıb. ”Qüsursuz xidmətlərə görə” medalı isə Elşadı daha da yaxşı xidmət etməyə ruhlandırıb.
    2020-ci il sentyabrın 27-də müharibə başlayanda Elşadın bölüyü Gülüstan istiqamətindən döyüşə qatılıb. Talış, Suqovuşan istiqamətində aparılan döyüşlərdə onun manqası əsil qəhrəmanlıqlar göstərib. Gündən-günə Ordumuz irəli getdikcə, düşmənin işğal etdiyi torpaqlar oba-oba, el-el azad olunduqca hərbçilərimizin qüruru artırdı. Döyüşlərin uğurla başa çatması hər kəsə aydın idi. Daha ətraflı »

  • 20Dek
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    İŞIĞI ƏKS ETDİRƏN KAĞIZ

    Bir əsr yarım öncə mütəfəkkirlərimizin zəkasında parlayan qığılcımlar çox çəkmədi ki, nura-işığa çevrildi. İlk olaraq 1875-ci il 22 iyul tarixində böyük və ziyalı şəxsiyyət – Həsən bəy Zərdabinin sayəsində zəhmət, əmək və bərəkət simvollu “Əkinçi” ərsəyə gəldi.
    Görkəmli ictimai xadimlərin, qələm adamlarıının aydın ziyasını əks edən bu qəzet o dövrə qədər olan kitabların məramına davamçı olaraq kağızı adilikdən mühüm bir vasitəyə döndərdi. Bu gün “Əkinçi”nin “nəvə-nəticələri” – qəzet və jurnallar sayagəlməz qədərdir.
    Onları “mətbuat ordusu” da adlandırmaq olar.
    Bu nəvələrin biri də Qəhrəman Tərtərin yerli mətbuat orqanı– 90 yaşın astanasında olan “Yeni Tərtər” qəzetidir.
    Əlli ildən artıqdır ki, Tərtər rayon qəzeti mənim “həmsöhbətimdir”. Müntəzəm olaraq hər sahədən bəhs eləyən bu qəzet mənə çox-çox əmək adamlarını, elm adamlarını, qeyri-adi istedad sahiblərini, maraqlı şairləri tanıtmaqla yanaşı dünya olaylarından da məni xəbərdar edir. Daha ətraflı »

  • 20Dek
    Ədəbiyyat VƏTƏN üçün şərhlər bağlıdır

    (Poetik dualar)

    Möhtəşəm ulduzun, Ayın sönməsin.
    İgid oğulların var olsun, Vətən.
    Ağır sınaqların bir də dönməsin,
    Tanrı Zəfərinə yar olsun, Vətən.
    Saxta qardaşlığın kürkünü soyun,
    Nə iftira tanı, nə çirkin oyun.

    Qarışsın bir-birə bayramın-toyun,
    Həmdəmin kamanla-tar olsun, Vətən.

    Talıb odlar keçib, alovlar geyib.
    Acı qəmlər dadıb, qəhərlər yeyib.
    Dilində “can” deyib, balanam deyib.
    Ögey baxsa ona ar olsun, Vətən!
                           Talıb MƏMMƏDLİ
    Bozarmış çöllərin gülşənə batsın,
    Körpələr beşikdə qayğısız yatsın.
    Hər kəsin öz haqqı özünə çatsın,
    Tərəzi əyənlər xar olsun, Vətən.
    Yetər, mənəmliyi kimsə ağartsın,
    Xalq yükünü hamı bir səmtə dartsın.
    Qoynunda nəsillər törəyib artsın.
    Yağıya meydan dar olsun, Vətən.
  • 20Dek
    Digər Artan beynəlxalq hörməti öz işimizlə, siyasətimizlə qazanmışıq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxış edib.

    Dövlət başçısı bildirib ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub.

    Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.

    Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq.

    Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.

    Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev deyib ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Daha ətraflı »