Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttinin Tərtər rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində təxribat törətməyə cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. Daha ətraflı »
-
07AprXəbərlər ŞƏHİD ELŞAD ABBASZADƏNİN ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİYİ “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI AİLƏSİNƏ TƏQDİM OLUNUB üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
07AprXəbərlər TƏRTƏRLİLƏR ORDUMUZUN ZƏFƏRİNİ ALQIŞLAYIRLAR üçün şərhlər bağlıdır
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Tərtər rayon fəallarının yığıncağı keçirilmişdir. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri bildirmişdir ki, Tərtər rayonu düşmənlə 48 km təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulmuşdur. Ordumuz düşmənə layiqli cavabını vermişdir.
Gedən döyüşlərdə aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəymişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər TƏRTƏRLİLƏR 31 MART–AZƏRBAYCANLILARIN SOYQIRIMI ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETDİLƏR üçün şərhlər bağlıdır
Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə 31 mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin 31mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxmışlar. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, onların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı bədnam erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır Daha ətraflı »
Teqlər: Xəbərlər
-
07AprXəbərlər ERMƏNİLƏR DİNC SAKİNLƏRİ HƏDƏF ALIR üçün şərhlər bağlıdır
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşaiyət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprXəbərlər RAYON RƏHBƏRİ MÜSTƏQİM MƏMMƏDOV VƏ MÜDAFİƏ NAZİRLİYİNİN GENERALI RASİM ƏLİYEV YARALILARIN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR üçün şərhlər bağlıdır
Aprelin 4-də erməni silahlı qüvvələrinin artilleriyasının atdığı “Qrad” mərmiləri rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşmüşdür. Nəticədə hər iki evə ciddi ziyan dəymişdir. Kənd sakini 1984-cü il təvəllüdlü Mehbarə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva müxtəlif bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin generalı Rasim Əliyev Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olmuşlar. Hazırda xəstələrin vəziyyəti orta ağırdır.
***
Erməni terrorçularının hücumları tərtərliləri nəinki qorxutmuş, əksinə, hər kəsin vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AprMilli-mənəvi dəyərlər AZƏRBAYCAN–MULTİKULTURALİZM MƏKANI: BMT SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMU ÖLKƏMİZƏ NƏ VƏD EDİR? üçün şərhlər bağlıdır
“Sülhə gəlin, ey insanlar!” Bu çağırış müasir qloballaşan dün-yamızda xüsusilə aktualdır və mənə elə gəlir ki, 2016-cı il 25-27 apreldə Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda digər məsələlərlə yanaşı bu fikir də beynəlxalq səviyyədə dialoq və əməkdaşlıq şəraitində müzakirə ediləcək. Son illər Azərbaycan müxtəlif dövlətləri, sivilizasiyaları bir araya gətirən məkana çevrilib. Dini dözümsüzlüyün, irqi ayrıseçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Azərbaycanda multikultural dəyərlərə böyük önəm ve- rilir.
“Multikulturalizm” sözü dilimizə yeni gəlsə də, ölkəmizdə bu anlayış daim olmuşdur və qədim dövrlərdən bu günədək azərbaycanlılar başqa millətlərin və dinlərin nümayəndələri ilə dostluq və mehribançılıq şəraitində yaşamışlar.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini bildirərək deyib: “Biz Avropa ilə Asiya arasında yerləşirik. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
07AprMilli-mənəvi dəyərlər 2016-cı il “Multikulturalizm ili”dir üçün şərhlər bağlıdır
Bismillahir Rəhmanir Rəhim.
Mehriban və bağışlayan Allahın adı ilə!
“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin”… (Bəqərə s., ayə 208) .
“…Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” ..(Maidə s., ayə 32). Bu ayələr, daha doğrusu, bu hökmlər, bütün aləmləri içindəkilərlə bərabər xəlq edən Uca Allah tərəfindən, Hörmətli Rəsulu (elçisi) vasitəsiylə bütün insanlara göndərilmişdir.
Quranın başqa bir ayəsində isə (Bəqərə s., ayə11), insanlara fitnə-fəsaddan uzaq durmaq əmr olunur.
Yer kürəsi birlikdə bütün insanların yaşadıqları bir evdir sanki. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
07AprDigər Oxucu məktubları üçün şərhlər bağlıdır
Çox dəyərli “Yeni Tərtər” ailəsi!
Aylarca cəhd göstərdiyim, məqamını gözlədiyim zaman yetişdi. Səmimi hislərimi sözə çevirib ağ kağız üzərində ürək çırpıntıları ilə qeyd etmək mənim üçün nə qədər xoşdur.
İlk dəfə redaksiyaya gəlişimi heç unutmaram. Əslində bir üzrhaqlıq üçün gəldiyim görüşdə baş redaktor Tofiq Yusiflə söhbət zamanı əsl ziyalı, əsl ağsaqqal sözünün böyüklüyünü gördüm. İşimdə mənə köməklik edəcək məsləhətlər aldım və xoş təəssüratlarla ayrıldım.
Elə həmin vaxtdan etibarən sevə-sevə mütaliə etdiyim “Yeni Tərtər” qəzetinin daimi və sadiq oxucusuna çevrildim. Bir oxucu olaraq onu deyə bilərəm ki, qəzetin hər yeni sayında təkcə Tərtərimizdə deyil, ümumən respublikamızda baş verən hadisələrin işıqlandırılması, rayonumuzun sosial-iqtisadi tərəqqisi, təhsil, səhiyyə, mədəniyyət sahələ-rindəki yeniliklərdən və s. bəhs edən yazılar təqdirəlayiqdir. Daha ətraflı »Teqlər: Digər
-
07AprDigər Sadə peşə adamları üçün şərhlər bağlıdır
İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi olsun, həm də sənəti ilə xalqına, cəmiyyətə xeyir verə bilsin.
Belə peşə adamlarından biri də Səfərov Ziyəddin İdris oğludur. O, 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Gəncə Politexnik Texnikumunun Energetika fakültəsinə daxil olub. 1980-ci ildə texnikumu bitirdikdən sonra hərbi xidmətə gedib, xidmətini başa vurduqdan sonra öz ixtisası üzrə müxtəlif iş yerlərində çalışıb.
1993-cü ildən Tərtər Elektrik Şəbəkəsində elektrik montyoru işləməyə başlayıb. İşgüzarlığı və məsuliyyətliliyi ilə seçilən Ziyəddin əmi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan apardığı düzgün siyasəti və Azərbaycanın uğurlu inkişafını görərək, 1995-ci ildən Yeni Azərbaycan Partiyasına daxil olub. Daha ətraflı »Teqlər: Digər
-
07AprDigər BACARIQLI MAŞİNİST–EKSKAVATORÇU üçün şərhlər bağlıdır
Ötən ilin iyun ayından başlayaraq rayonumuzda su və kanalizasiya sistemini quraşdıran TTŞ “İnşaat”ın işçiləri hər küçədə, hər evdə əziz qonağa çevriliblər. Qazıntı işləri şəhərin yollarında müvəqqəti çətinlik yaratsa da, hamı anlayır ki, layihə başa çatandan sonra bunlar unudulacaq, əvəzində isə tərtərlilər çoxdan həsrətində olduqları rahatlığa qovuşacaqlar. Qonaqpərvər sakinlər yayın istisində, qışın soyuğunda şirkətdə çalışanlara qayğıkeşliklə yanaşırlar. Artıq şəhərdə kollektivin qabaqcıl işçilərini də yaxşı tanıyırlar. Bunlardan biri maşinist-ekskavatorçu Tofiq Qurbanovdur. Zəhmətkeş insanın üzərinə düşən vəzifə borcu xətlərin layihə üzrə tələb olunan dərinlikdə qazılması və əks doldurulmasıdır.
Peşəsinin sirlərini ilk növbədə atası Yaqub Qurbanovdan öyrənən və 1978-ci ildə Tərtərdəki texniki peşə məktəbində sevdiyi ixtisas üzrə təhsil alaraq daha da püxtələşən Tofiq Qurbanovun ilk iş yeri Bərdə Su Meliorasiya İdarəsi olub. 2015-ci ildən isə TTŞ “İnşaat”da çalışır. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar