İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi olsun, həm də sənəti ilə xalqına, cəmiyyətə xeyir verə bilsin.
Belə peşə adamlarından biri də Səfərov Ziyəddin İdris oğludur. O, 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Gəncə Politexnik Texnikumunun Energetika fakültəsinə daxil olub. 1980-ci ildə texnikumu bitirdikdən sonra hərbi xidmətə gedib, xidmətini başa vurduqdan sonra öz ixtisası üzrə müxtəlif iş yerlərində çalışıb.
1993-cü ildən Tərtər Elektrik Şəbəkəsində elektrik montyoru işləməyə başlayıb. İşgüzarlığı və məsuliyyətliliyi ilə seçilən Ziyəddin əmi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan apardığı düzgün siyasəti və Azərbaycanın uğurlu inkişafını görərək, 1995-ci ildən Yeni Azərbaycan Partiyasına daxil olub. O, dövlət tədbirlərində, yenidənqurma və bərpa işlərində yaxından iştirak edir. 2014-cü ilə qədər Tərtər Elektrik Şəbə-kəsində fəal işçilərdən biri olan Ziyəddin əmi hal-hazırda 29 saylı Yol İstismar İdarəsinin nəzdində olan asfaltzavodda elektrik montyoru kimi fəaliyyət göstərir. O, yenə də öz peşəsindən zövq alır, əməyi insanlara nur, işıq bəxş edir. Böyük şairimiz Hüseyn Cavid çox doğru olaraq göstərmişdir ki, o adam xoşbəxtdir ki, onun əməyi gərəkli olsun.
Haqq da, həqiqət də göz önündədir,
Yer altında deyil, yer üstündədir.
Bəxtiyarsan əgər çəkdiyin əmək
Cahan sərgisinə versə bir çiçək.
Ziyəddin əminin xoşbəxt ailəsi var. Böyük oğlu İdris hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq orduda qalıb.
Ata və oğul, hər biri öz sahəsində vətənimizə layiqin-cə xidmət edir.
Türkan Sabirli