10İyl
İSTİQLAL MÜCAHİDLƏRİNİN XATİRƏSİ QƏLBİMİZDƏ YAŞAYIR
1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədərki tarixi dövr Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Bu dövr bizim istiqlal tariximizdir. Məhz 99 il öncə M.Ə.Rəsulzadənin başçılığı ilə bir qrup Azərbaycan ziyalıları yoxdan bir dövlət qurdular. Şərqdə və müsəlman dünyasında ilk demokratik bir dövlət.
Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini ilk olaraq 1918-ci il 4 iyun Batumi müqaviləsi ilə Türkiyə tanıdı. 1918-ci il 16 iyunda AXC Tiflisdən Gəncəyə, sentyabrın 15-17-də isə Gəncədən Bakıya köçdü. AXC-in süqutuna qədər də bundan sonra Bakıda fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli resbublika idi. AXC-nin dövlət quruculuğu sahəsində gördüyü ən böyük tədbirlərdən biri 1918-ci il 27 iyunda Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu.
1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, türk mədəniyyətini, müasir Avropa demokratiyasını və müsəlman sivilizasiyasını təcəssüm etdirən üçrəngli, aylı-ulduzlu bayraq rəsmi dövlət bayrağı kimi qəbul edildi. Qısa müddətdə ordu quruculuğuna başlandı. Daha ətraflı »
Teqlər: Digər
10İyl

Rayon statistika idarəsinin məlumatına əsasən cari ildə kartof, tərəvəz və bostan bitkilərinin ümumi əkin sahəsi 1580,8 hektardır. Bunun 498 hektarı kartof, 1075 hektarı tərəvəz, 7 hektarı bostan bitkiləridir. Bu il kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri əvvəlki illə müqayisədə 123,3 hektar və ya 8,5 faiz artmışdır. 2017-ci ilin məhsulu üçün rayon üzrə tərəvəz və bostan bitkiləri ən çox Hüsənli kəndində əkilib (161 hektar). Bu bitkilərin əkini Bəyimsarovda 112, Azadqaraqoyunluda 105 hektardır.
Hüsənli kənd İƏD üzrə icra nümayəndəsi Gülüstan Əhmədova deyir ki, tərəvəz və bostan bitkiləri tez hasilə gəlir, insanlar ailə büdcələrini möhkəmlətmək üçün bu sahəyə daha çox maraq göstərirlər. Fermer Azər Gülməmmədov bu il 50 hektarda tərəvəz və bostan bitkiləri becərir. Onun 16 hektarı dən üçün qarğıdalı, 10 hektarı kələm, qalanı isə yerkökü və kartofdur. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
30İyn
İlham ƏLİYEV: “Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq… Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir”.
Teqlər: Digər
30İyn
14 iyun 2017-ci il Azərbaycan tarixinə ən yaddaqalan günlərdən biri kimi daxil oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın başlanğıcı oldu.
Hər qarışı əsgərlərimizin qanına boyanmış bu yerlərdə çox qısa müddətdə – cəmi iki ay ərzində Azərbaycan xalqının qüruruna çevrilən müasir bir kənd salındı.
Ölkə Prezidentinin Cocuq Mərcanlını böyük Azərbaycanın inkişaf və müasirlik rəmzinə çevrilməsi tələbi məsuliyyət hissi ilə və ən yüksək səviyyədə həyata keçirildi.
Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarın 6-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin burada əhalinin təhlükəsiz yaşayışı mümkün deyildi. Çünki yaxınlıqda olan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğal altında qalmışdı. Daha ətraflı »
Teqlər: Digər
30İyn
AZƏRBAYCAN GÜCLÜ DÖVLƏTDİR VƏ ONUN GÜCLÜ ORDUSU VAR
1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə – Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı bildirmişdir: Daha ətraflı »
Teqlər: Digər
30İyn
HAMI XOŞ TƏƏSSÜRATLA AYRILDI

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüşqəbulu Evoğlu kəndində keçirildi. Tədbirdə rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri, kənd sakinləri iştirak etdilər.
Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Sonra Evoğlu kənd İƏD üzrə nümayəndə Elçin Mahmudov ərazi haqqında məlumat verdi.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən qeyri neft sektorunun inkişaf etdirilməsi Evoğlu kəndinin camaatında da böyük ruh yüksəkliyi yaradıb. Elə buna görə də əvvəlki illərdən fərqli olaraq pambıq, taxıl, şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri xeyli genişləndirilib. Həmin sahələrdə becərmə, suvarma işləri keyfiyyətli aparıldığı üçün yüksək məhsul gözlənilir. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
30İyn

Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirildi. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular, onun xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, 23 iyun dövlət qulluqçularının peçə bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
30İyn

Qarabağ Regional Bilik Evi Tərtər Rayon Təhsil Şöbəsi ilə birgə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirib Tədbirdə rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayev, polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, məktəb direktorları, psixoloqları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçı müavinlər, uşaq birliklə-rinin rəhbərləri iştirak ediblər.
Müasir dövrdə hamını narahat edən məsələ–narkomaniya və onun fəsadları barədə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev məruzə edib.
Ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin qrup rəhbəri Nigar Məstəlizadə, Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova, aparıcı mütəxəssisi İradə Əkbərli, Umudlu kənd tam orta məktəbinin müəllimi Şəhla Musayeva, Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru Yaşar Məhərrəmov tədbirdə çıxış edərək bu sahədə hər kəsi üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıblar. Qeyd edilib ki, gənclər arasında maarifləndirmə işlərini genişləndirməklə biz narkomaniyanın qurbanlarının sayını azalda bilərik.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
30İyn
SƏHİYYƏ İŞÇİLƏRİNİN BİR QRUPU
MÜKAFATLANDIRILDI
Tərtərdə fəaliyyət göstərən rayon mərkəzi, Azadqaraqoyunlu, Bəyimsarov kənd xəstəxanalarında, habelə 14 həkim və 22 kənd tibb məntəqəsində hazırda 106 nəfər həkim, 365 nəfər orta tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Rayonda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə rayon mərkəzi xəstəxanasının və poliklinikanın, Bəyimsarov kənd xəstəxanasının və Qazyan kənd həkim məntəqəsinin binaları əsaslı təmir edilib, cəbhə xəttində yerləşən Qapanlı kəndində yeni həkim məntəqəsi inşa olunub.
Bu faktlar tibb işçilərinin peşə bayramına həsr olunan mərasimdə səsləndirilib.
Səhiyyə işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər qoyub, dahi rəhbərə ehtiramlarını bildiriblər. Daha ətraflı »
Teqlər: Səhiyyə
30İyn
YURD HƏSRƏTİNƏ SON QOYULACAQ
Doğma Cəbrayıldan uzaq düşdüyüm bu illər ərzində hələ indiki qədər sevindiyim olmamışdı. Mən deyərdim ki, bu hissi indi hər bir azərbaycanlı keçirir. İnanırıq ki, Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdış tezliklə bütün soydaşlarımızın yurd həsrətinə son qoyacaq.
Prezident İlham Əliyevin Sərəncamı əsasında xarabalıqlardan dünyanın ən müasir və abad kəndinə çevrilən Cocuq Mərcanlıya indi bütün dünya heyrətlə baxır.
Görülən bütün bu işlərə, həmçinin məcburi köçkün və qaçqınlara göstərdiyi sonsuz diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Bu günlərdə ailəmlə birlikdə Cocuq Mərcanlı kəndinin ziyarətinə gedəcəyik. Bu ziyarət uzun illərin yurd həsrətinə son qoyacaq.
Mübariz Mahmudov,
mərkəzi rayon xəstəxanasının həkimi,
Cəbrayıldan olan məcburi köçkün
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar