Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Okt
    Tərtər RİH-də Azadqaraqoyunlu kəndində səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    MİNNƏTDARLIQ İFADƏ ETDİLƏR

    DSC_5803 (Копировать)Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kəndin əhalisi, onların məşğuliyyəti ərazinin sosial-iqtisadi inkişafı barədə məlumat verib, kənddə mövcud olan xidmət obyektlərinin fəaliyyətindən danışdı.
    Sonra kənd ağsaqqalları Qanboy Musayev və Vaqif Quliyev çıxış edərək kənd sakinlərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Ağsaqqallar görülən işlərə görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıq bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Mədəniyyət MARAQLI TƏDBİR üçün şərhlər bağlıdır

    DSC_5561Ümumdünya Turizm Günü münasibəti ilə rayonumuzda Heydər Parkında tədbir keçirilib. Tədbirdə klub və kitabxana işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmin gün sərgidə tarix diyarşünaslıq muzeyinin eksponatları, mərkəzi kitabxana sisteminin turizmə aid kitabları, Heydər Əliyev Mərkəzində rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.
    Tədbiri Tərtər Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Ulduzə Qurbanova açıb, bu günün tarixi barədə məlumat verib. Bura toplaşanlar sərgiyə çıxarılan bütün eksponatlara maraqla tamaşa ediblər.
    Sonda Tərtər Rayon Uşaq Musiqi Məktəbi və “Tərtər” Xalq kollektivinin iştirakı ilə konsert proqramı olub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    İdman ERMƏNİ İDMANÇINI MƏĞLUB EDƏN TƏRTƏRLİ BOKSÇU üçün şərhlər bağlıdır

    DSC_5726idmanBolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb. 75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda isə erməni idmançını məğlub edib. Murad Allahverdiyev rayonda təntənə ilə qarşılanıb. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu qələbəsinə görə Murada qiymətli hədiyyə təqdim edib və yeni-yeni uğurlar arzulayıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    Xəbərlər PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    DSC_6222 (Копировать)Prokurorluq işçilərinin peşə bayramı günü əvvəlcə rayonun mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
    Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzuladı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunlarımızın aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Xəbərlər SƏHİYYƏ NAZİRİ OKTAY ŞİRƏLİYEV TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    1236548Səhiyyə naziri Oktay Şirəliyev Tərtər Mərkəzi Rayon Xəstəxanasında Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayon sakinlərini qəbul edib.
    Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
    Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin mü
    vafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
    Bəzi məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    Xəbərlər “QƏHRƏMAN TƏRTƏR” FİLMİNİN TƏQDİMATI üçün şərhlər bağlıdır

    Q-tDSC_5996 (Копировать)“Dünya” Müstəqil Televiziya Şirkəti tərəfindən Tərtər oğullarının Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Qəhrəman Tərtər” filminin təqdimatı olub.
    Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra filmin rejissoru və ssenari müəllifi Elşən Qəniyev film haqqında məlumat verib.
    Filmin təqdimatından sonra ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Dünya” Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynov, əməkdar artist Azad Şükürov çıxış edərək Tərtərli gənclərin vaxtı ilə Tərtər özünümüdafiə bataliyonunda vuruşmuş igidlərimizin qəhrəmanlıq və döyüş şücaətlərinə sadiq olduqlarını, bunu aprel döyüşlərində bir daha sübut etdiklərini bildirib, filmin çəkilişi üçün göstərdiyi dəstəyə görə rayon rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Xəbərlər ŞURA İCLASI üçün şərhlər bağlıdır

    IMG-20171002-WA0005YAP rayon təşkilatının Şura iclası oldu.
    İclasda YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov məruzə etdi. Göstərdi ki, bu il Azərbaycan dövlətçiliyinin və xalqının həyatında önəmli rol oynayan, müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında, tarixi zərurətin tələblərindən irəli gələn bir siyasi təşkilatın – Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam olur.
    Sonra Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən bu günümüzədək göstərdiyi səmərəli fəaliyyətdən, müasir Azərbaycan dövlətinin inkişafında oynadığı əvəzolunmaz roldan, partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin sürətli inkişafından danışdı.
    Sonra Ramiz Şabanov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar 27 oktyabr 2017-ci il tarixdə təntənəli tədbir keçiriləcəkdir. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Xəbərlər CƏBHƏ BÖLGƏSİNİN NEFTÇALALI QONAQLARI üçün şərhlər bağlıdır

    21212)neftcala“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri yenidən cəbhə bölgəsi olan Tərtər torpağında rayonumuzun fəal qadınları ilə görüşüblər. Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində “Dəyirmi masa” ətrafında söhbət ediblər.
    Tədbir iştirakçıları rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Nicat İsgəndərovun valideynləri ilə də görüşüb, onlara hədiyyələr təqdim ediblər.
    Sonra isə “N” saylı hərbi hissədə olublar. Onlar hərbçilərlə çay süfrəsi arxasınada əyləşərək, hədiyyələr təqdim ediblər. Əsgərlərə Neftçala məktəblilərinin məktubları paylanıb, müəllim və şagirdlərin ifasında vətənpərvərliyə həsr olunmuş şeirlər dinlənilib. Görüş Tərtər məktəblisi Aytac Süleymanzadənin oxduğu “Qarabağ şikəstəsi” ilə başa çatıb.
    Neftçalalılar rayonumuzdan xoş təəssüratla ayrılıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    Xəbərlər GÖSTƏRİLƏN QAYĞIDAN DANIŞDILAR üçün şərhlər bağlıdır

    DSC_6147gosterilenAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Müharibə veteranı və əlillərin sosial müdafiəsinə yardım” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirib. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlilləri və rayon gənclərininn nümayəndələri iştirak ediblər.
    Toplantını giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açıb. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Digər Erməni vandalizmi üçün şərhlər bağlıdır

    VƏHŞİLİYİN SON HƏDDİ

    18Uşaqlar bu dünyanın ən pak, ən müqəddəs mələkləridir. Onlar hələ bu həyatda heç bir günah işləməyiblər. (Bəlkə də günahları bu sərsəm dünyaya gəlmələridir). Məsum körpələrə qıymaq, onları qanlarına qəltan eləmək vəhşiliyin son həddidir. Ermənilər bu qəddarlığa da əl atırlar. Onlar üçün öldürdükləri uşaqdır, böyükdür, fərqi yoxdur, taki azərbaycanlı olsun. Bu vəhşiliyə əl atan ermənilərin görən öz balaları, ata-anaları yoxdurmu? Onlar niyə fikirləşmirlər ki, bu gün elədikləri sabah öz başlarına gələ bilər? Tanrı heç nəyi əvəzsiz qoymur. Mən inanıram, ermənilərin Xocalıda törətdikləri ən qəddar vəhşiliyi, 613 nəfərin amansızcasına qətlə yetirilməsini ( bunların içində körpələr, ixtiyar qocalar, ağbirçək nənələr də çox idi) bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi nə yer bağışlayacaq, nə göy və bu çanaq nə vaxtsa ermənilərin öz başında çatlayacaq. Daha ətraflı »

    Teqlər: