VƏHŞİLİYİN SON HƏDDİ
Uşaqlar bu dünyanın ən pak, ən müqəddəs mələkləridir. Onlar hələ bu həyatda heç bir günah işləməyiblər. (Bəlkə də günahları bu sərsəm dünyaya gəlmələridir). Məsum körpələrə qıymaq, onları qanlarına qəltan eləmək vəhşiliyin son həddidir. Ermənilər bu qəddarlığa da əl atırlar. Onlar üçün öldürdükləri uşaqdır, böyükdür, fərqi yoxdur, taki azərbaycanlı olsun. Bu vəhşiliyə əl atan ermənilərin görən öz balaları, ata-anaları yoxdurmu? Onlar niyə fikirləşmirlər ki, bu gün elədikləri sabah öz başlarına gələ bilər? Tanrı heç nəyi əvəzsiz qoymur. Mən inanıram, ermənilərin Xocalıda törətdikləri ən qəddar vəhşiliyi, 613 nəfərin amansızcasına qətlə yetirilməsini ( bunların içində körpələr, ixtiyar qocalar, ağbirçək nənələr də çox idi) bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi nə yer bağışlayacaq, nə göy və bu çanaq nə vaxtsa ermənilərin öz başında çatlayacaq. Sənin xislətin öldürməkdən, didib-parçalamaqdan, qan tökməkdən ibarətdirsə, (bunu tarix sübut edir), elə, daha öldürdüklərinin gözlərini niyə çıxarırsan, başlarını niyə kəsirsən, sümüklərini niyə sındırırsan, meyidləri niyə qol-bud edirsən?! Onsuz da onları min bir əzabla öldürmüsən, sağ deyillər, quru cəsəddirlər. Sizdə insanlığa qarşı bu qədər nifrət, kin-küdurət hardandır? Erməni olanda nə olar, vicdanınız, ürəyiniz, yoxdurmu?! Əlbəttə, yoxdur! Törətdiyiniz faciələr heç bir insani hisslə bir araya sığmaz! Deməli, siz insan deyilsiniz, ermənisiniz.
Görün, şərəfsiz ermənilər haqqında bəzi mənbələrdə nələr yazılıb?
“Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq: “Bura bizim qədim dədə-baba torpağımızdır”–deyəcəklər.
A.S.Qriboyedov
(Rus imperatoruna məktubundan)
***
“Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25000 nəfərini qırdılar”.
Ohanes Apresyan
***
“Biz Xocalı faciəsinin şahidiyik… Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər”.
Jan İv Yunet,
fransız jurnalisti
***
“… Əsirlər var, lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasında qoyub qırır, çığırdıqda rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olur.
Biz, növbəti kəndi zəbt edəndə bir erməninin diri körpəni götürüb iki böldüyünü görmüşəm. Sonra bədəninin bir hissəsilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al-qanına bulaşmış qadın dəli olub gülməyə başladı”
“Moskovski komsomolets” qəzeti,
29.01.1994
***
“Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”.
N.Z.Sürməliyan,
Amerika erməni yazıçısı
***
“Erməniləri taqətdən düşənə qədər işlədib sonda öldürmək lazımdır”.
Bisütun rəvayətlərindən
***
“Bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır”.
Taist
Müharibənin də öz qanunları var: Bu qanunlardan biri də odur ki, döyüşən ordu ilə döyüşürlər. Dinc, əliyalın əhalini məhv etmək, körpələri öldürmək kimi əclaflığa heç nə ilə haqq qazandırmaq olmaz!
Bu yaxınlarda ermənilərin atdıqları mərmilər nəticəsində Füzuli rayonunun Alxanlı kəndində həlak olmuş yaşyarımlıq körpə Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın, Tovuz rayonunun Qaralar kəndində yaralanmış 13 yaşlı Ramil Yusubovun və erməni mərmilərinin qurbanı olmuş onlarla belə uşaqların günahları nəydi? Onlar ermənilərə neyləmişdilər ki? Viran qoyduqları minlərlə azərbaycanlı yaşayış məntəqələri, həmçinin yerlə yeksan olunmuş tarixi abidələrimiz, mədəniyyət, səhiyyə, təhsil müəssisələrimiz, talan edilmiş yeraltı və yerüstü sərvətlərimiz, isti od-ocaqlarımız, tarixən erməni qırğınları nəticəsində öldürülmüş yüz minlərlə, milyonlarla insanların faciəsi bəs deyilmi dünyanın ən alçaq, ən şərəfsiz və ən murdar varlıqlarına? Uşaqlardan nə istəyirlər?! Tarixi faktlar sübut edir ki, harda erməni varsa, orda nifaq var, orda hiylə var, orda nifrət və qan-qada var.
XIX əsrdən üzü bəri ermənilərin türklərə, o cümlədən azərbaycanlılara qarşı törətdikləri qırğınlar, terror aktları, vandalizm, soyqırım halları heç bir məzhəbə, heç bir dinə sığan deyil. Bu faciələrdə xeyli insan qırılmış, doğma torpaqlarımız işğal olunmuş, soydaşlarımız öz doğma ocaqlarından zorla didərgin salınmışlar. Ermənistan adlandırılan in-diki məkanda daim azərbaycanlılar yaşamışlar. Köçürülmə yolu ilə bizim yaşadığımız yurdlarda məskunlaşdırılan ermənilər hər cür əclaflığa əl ataraq yurdları özününküləşdirməyə çalışmış və həyasızcasına bu yerlərə hələlik də olsa sahib çıxmışlar. Lakin atalar məsəli var: “Özgə atına minən tez düşər”. Onların gah tülkü kimi hiyləgərcəsinə, gah zorla, gah “arxalı köpək qurd basar” prinsipi ilə müvəqqəti ələ keçirdikləri Azərbaycan torpaqları öz əzəli və tarixi sahiblərinə qayıdacaq! Bu, bizim haqq yolumuzdur.
Tofiq YUSİF