10Noy
QƏZETÇİLƏR DƏ GÜLÜRLƏR
(Olmuş əhvalatlar)
Dadlı yemək
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif redaksiyanın əməkdaşları ilə birlikdə uzun sürən rayon tədbirindən günorta saat 3-də çıxıb işə gəlirlər.
–Baş redaktor kompüterçi Tamara Səfərovaya deyir ki, yaman acmışam.
Tamara gedir və bir azdan bir əlində üstünə yumurta vurulmuş qızardılmış kartof boşqabı, o biri əlində iki turşu xiyar və çörək gəlir. Bunları baş redaktorun qarşısına qoyub, deyir ki, ye.
Tofiq Yusif ac olduğundan bunları “bəh-bəhlə yeyir.
Bir azdan işçilərin yanında Tamaranı tərifləyir:
–Çox sağ olsun Tamaranı! İndiyədək belə iştahla bu dadda yemək yeməmişdim.
Bu sözləri eşidən əməkdaşlar qımışmağa başlayırlar…
Tamara özü bu qımışmaya aydınlıq gətirir: Daha ətraflı »
Teqlər: Digər
10Noy
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
Azərbaycan Respublikasının əsas qanununun–Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. Daha ətraflı »
Teqlər: Digər
10Noy
1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.
Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi Azərbaycan xalqını ayağa qaldırmışdı. İnsanların Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.
Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.
Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Teqlər: Digər
10Noy
Bu il Birləşmiş Millətlər Təşkilatı özünün 72-cı ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında Qanun qüvvəyə minib.
Təşkilata “Birləşmiş Millətlər” adı Amerika prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1 yanvar 1942-ci il deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə 24 oktyabr tarixi BMT günü kimi qeyd edilir.
Azərbaycanla BMT arasında əməkdaşlıq ölkəmiz öz müstəqilliyini bərpa etdikdən dərhal sonra yaranıb, 2 mart 1992-ci il tarixdə BMT-nin üzvlüyünə qəbul edildikdən sonra həmin il mayın 6-da Azərbaycanın BMT-nin nəzdində Daimi Nümayəndəliyi açılıb.
Teqlər: Digər
10Noy
Hər il noyabrın 26-da dünyada Ümumdünya İnformasiya Günü qeyd edilir.
BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib.
Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informa-siyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.
I Beynəlxalq İnformasiyalaşdırma Forumunda dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub.
Teqlər: Digər
27Okt
Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
27Okt

“2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabatı olub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Rayon Gənclər Mərkəzində davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzəsində bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ildə də uğurla davam etdirilib. İlin doqquz ayında 97 milyon 568,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 9 milyon 153,2 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
27Okt
Tərtər rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə “Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb və Tərtər rayonu haqqında qonaqlara məlumat verib.
Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqi barədə məruzə ilə çıxış edib.
Tədbirdə Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, qonaqlardan Könül Abdulova, Heydər Əliyev Mərkəzinin ekspozisiya və fondlarının zənginləşdirilməsi haqqında Departamentin Elmi araşdırmalar və təbliğat şöbəsinin aparıcı mütəxəssisi Günay Səfərova, Tərtər rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə maraqlı çıxışlar ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Okt

Rayon icra hakimiyyəti başçısının bu dəfəki səyyar qəbul-görüşü Əskipara kəndində keçirildi.
Tədbir iştirakçıları əvvəlcə kənddə Qarabağ müharibəsi şəhidlərinin və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin önünə gül-çiçək dəstələri qoyaraq, xatirələrini böyük ehtiramla yad etdilər.
Kənd ağsaqqalı Fəxrəddin Babışov, məktəbin direktoru Sərxan Babayev rayonda, eləcə də kəndlərində görülən işlərdən razılıq hissi ilə danışdılar, kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıq ifadə ediblər. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də, Xəbərlər
27Okt
“Yeni Tərtər” qəzeti ərazi ilk partiya təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirildi.
Ərazi ilk partiya təşkilatının sədri Elfuzə Vəliyeva məruzə etdi.
Ərazi ilk partiya təşkilatının üzvləri Əvəz Nəsirov, Bəxtilə Əliyeva, Nigar Əmrahova, Aysel Hüseynova çıxış edərək YAP-ın 25 illiyi ilə bağlı fikirlərini söylədilər.
Daha sonra YAP Tərtər Rayon Təşkilatının nümayəndəsi Zakir Bağırov və şura üzvü, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif çıxış edərək YAP üzvlərini təbrik etdilər və Yeni Azərbaycan Partiyasının yaradılma tarixindən, 25 ildə keçdiyi şərəfli yoldan, bu müddət ərzində ölkəmizdə aparılan möhtəşəm quruculuq yollarından söz açdılar. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası daim öz avanqard rolunu saxlamaqla gərgin siyasi mübarizələrdən keçib, cəmiyyətə layiqli töhfəsini verib və bundan sonra da verəcəkdir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar